“Əsas məqsədlərdən biri türk dünyasının ümumi informasiya məkanını formalaşdırmaqdır”
Ekskluziv
180
14:48, Bu gün

“Əsas məqsədlərdən biri türk dünyasının ümumi informasiya məkanını formalaşdırmaqdır”

Məlum olduğu kimi, hazırda Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilməkdədir.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu kimi tədbirlərin türk dünyasının birliyi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Bakıda TDT-nin Media Forumunun keçirilməsi, bu gün adıçəkilən təşkilatın media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının reallaşması özlüyündə çox mühüm hadisədir.

Türk dünyasında ümumi informasiya məkanını formalaşdırmaq qarşıda duran əsas vəzifələrdən biridir. KİV-lərin inteqrasiyası və əməkdaşlığı belə bir mühiti ən qısa zamanda formalaşdırmağa imkan verəcək.

Onu da qeyd edək ki, burada söhbət həm də yeni mediadan, yeni informasiya resurslarının yaradılmasından gedir. Düşünürəm ki, biz yaxın gələcəkdə bu istiqamətdə də ciddi nailiyyətlərə şahid olacağıq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər