“Sosial zəhərlənmə”yə səbəb olanlara qarşı qanunlar sərtləşir: Onlara qarşı hansı tədbirlər görülür? - Millət vəkili ilə MÜSAHİBƏ 
Ekskluziv
417
14:36, Bu gün

“Sosial zəhərlənmə”yə səbəb olanlara qarşı qanunlar sərtləşir: Onlara qarşı hansı tədbirlər görülür? - Millət vəkili ilə MÜSAHİBƏ 

Sosial şəbəkələr artıq sadəcə məlumat paylaşmaq məkanı deyil. Bu platformalar həm də insanların davranışlarına təsir edən, ictimai münasibətləri formalaşdıran və milli-mənəvi dəyərləri sınayan mühitə çevrilib. Son dövrlərdə yayılan qeyri-etik, cəmiyyətə hörmətsizlik hesab olunan paylaşımlar isə ictimai narazılığı artırır, sosial zəhərlənmə yaradır. Qanunvericilikdə bu hallarla bağlı müəyyən cərimə və inzibati tədbirlər mövcuddur.
 
Bəs daha təsirli müdaxilə yolları hansılardır? Nə kimi yeni addımlar atılmalıdır?
 
Məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun fikirlərini öyrəndik.
 
Moderator.az həmin açıqlamanı təqdim edir:
 
– Zahid müəllim, sosial şəbəkələrdə cəmiyyətə hörmətsizlik və qeyri-etik paylaşımların qarşısını almaq üçün hansı qanuni tədbirlər nəzərdə tutulur? Cərimələrdən başqa hansı əlavə tədbirlər daha effektiv ola bilər?
 
– Son zamanlar sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, milli-mənəvi dəyərlərimizə zidd paylaşımlar və çağırışların artması ciddi narahatlıq doğurur. Bu hallar tədricən insanlar arasında dəyərlərin zəifləməsinə səbəb olur. Ən çox təsirə məruz qalan isə yeniyetmələr və gənclərdir. Onlar belə paylaşımlardan təsirlənir, davranışlarında dəyişikliklər yaranır.
 
Sosial şəbəkələrin iş prinsipi də bu prosesi sürətləndirir. Daha çox diqqət çəkən, reaksiya alan paylaşımlar önə çıxır və daha geniş kütləyə yayılır. Bu isə zərərli məlumatların çox qısa müddətdə böyük auditoriyaya çatmasına səbəb olur. Nəticədə ictimai mənəviyyata, cəmiyyətin psixoloji mühitinə ziyan dəyir.
 
Hazırkı qanunvericilik yalnız bəzi növ qadağan olunmuş məlumatlara görə məsuliyyət müəyyən edir. Lakin həm mənəvi dəyərlərin qorunması, həm də yeniyetmə və gənclərin zərərli təsirlərdən müdafiəsi üçün əlavə mexanizmlərə ehtiyac yaranıb. İnternet mühitində məsuliyyətin daha dəqiq müəyyən edilməsi, mövcud qaydaların yenilənməsi və gücləndirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanmış və Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər