“Bakıda TDT-nin Media Forumunun keçirilməsi böyük hadisədir”
Ekskluziv
1008
17:18, Bu gün

“Bakıda TDT-nin Media Forumunun keçirilməsi böyük hadisədir”

Xəbər verdiyimiz kimi, Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu keçirilir.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli Bakıda belə bir forumun keçrilməsinin təqdirəlayiq olduğunu bildirib:

“Bakıda TDT-nin Media Forumunun keçirilməsi böyük hadisədir. TDT özünü bir təşkilat, vahid bir güc kimi dövlətlər birlyində sübut edir.

TDT güclü bir qüvvə, beynəlxalq miqyasda öndə gedən bir qurumdur. Bu birliyin bir təşkilata çevrilməsi Azərbaycan Prezidntinin təşəbbüsüdür.

Bu gün türk dünyası hər mənada birləşir, öz fəaliyyətini daha ciddi şəkildə koordinasiya edir.

Media Forumunun Bakıda keçirilməsi təqdirəlayiqdir. Hər şey media münasibətindən asılıdır. Bu cür tədbirlər vsitəsilə türk dövləltərinin media orqanları bir-birləri ilə yaxınlaşır, gərəkli informasiyaları bölüşürlər.

İnanram ki, Bakıda keçirilən Media Forumu türk dünyasının birliyinə və əməkdaşlığına ciddi töhfə verəcək, türk xalqları arasındakı münasibətlərin daha da inkişafını stimullaşdıracaq”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər