“O, yetərincə təhlükəsiz, amma naməlum bir yerdədir...”- Sabiq səfir
Ekskluziv
56
14:14, Bu gün

“O, yetərincə təhlükəsiz, amma naməlum bir yerdədir...”- Sabiq səfir

“Belə sui-qəsdlərin baş tuta biləcəyi o qədər də inandırıcı görünmür. Bunu İranın özünün, həmçinin dünyanın, Qərbin ciddi nəşrlərinin məsələyə əhəmiyyət verməməsi də göstərir...”
 
Xəbər verildiyi kimi, “ISNA” agentliyinin yaydığı məlumata görə, İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib ABŞ və İsrailin “ölkədə sabitliyi pozmaq” üçün ali rəhbər Əli Xameneiyə qarşı sui-qəsd cəhdləri barədə xəbərdarlıq edib.
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanı İrandakı sabiq səfiri Abbasəli Həsənov qısa danışıb:
 
“Əvvəla, İranın ali dini lideri ayətullah Əli Xamenei yetərincə təhlükəsiz, amma naməlum bir yerdədir. Bu haqda yerli mətbuat da, dünya mətbuatı da yazır. O, dövlətin birinci şəxsi kimi ən yüksək səviyyədə və ciddi mühafizə olunur. Ona görə də sual meydana çıxır: ona sui-qəsd hazırlanması və bunun mümkünlüyü nə dərəcədə əsaslı ola bilər? Konkret nəsə söyləmək üçün, təbii ki, fakta əsaslanmalıyıq. Amma bu mövzuda kəşfiyyat nazirinin söylədiyindən başqa yalnız şayiələr, söhbətlər var. Təbii ki, İrana düşmən olan qüvvələr onun ali dini liderinə sui-qəsd etməyə çalışa bilərlər və bunun baş tutmasına sevinərlər.  Bu, bəllidir. Bununla belə, deyilənlər inandırıcı deyil. Çünki Xamenei, dediyim kimi, çox güclü və yüksək səviyyədə qorunur. Odur ki, belə sui-qəsdlərin baş tuta biləcəyi o qədər də inandırıcı görünmür. Bunu İranın özünün, həmçinin dünyanın, Qərbin ciddi nəşrlərinin məsələyə əhəmiyyət verməməsi də göstərir...”
 
Sultan Laçın 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər