“Bu davranışı Rusiya siyası oyunbazlığının qurbanı olan iki xalqın oyanması kimi qiymətləndirməliyik...”
Ekskluziv
73
10:23, Bu gün

“Bu davranışı Rusiya siyası oyunbazlığının qurbanı olan iki xalqın oyanması kimi qiymətləndirməliyik...”

“Bu mənada da Azərbaycan və Ermənistan QHT-lərinin bir birləri ilə görüşməsi və gediş-gəlişi vacib və humanist bir addımdır. Biz istəsək də, istəməsək də, gec-tez sülhə getməliyik...”
 
“Əvvəla,  Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı gediş-gəlişini sülhə atılan addım kimi qiymətləndirməliyik. İndiki geo-siyasi vəziyyəti nəzərə alsaq, Azərbaycan  və Ermənistan arasında sülh sazişinin bağlanması məsələsi əsas və vacibdir. Onsuz da bir birinə qonşu olan iki ölkə gec-tez sülhə gəlməlidir. Həmin sülh sərhədlərin açılmasına və ölkələrin inkişafı üçün bu saat vacib olan  tranzit yollarının işləməsinə gətirib çıxaracaq.”
 
Bu fikirləri siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşının “Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı gediş-gəlişinə münasibətiniz necədir?” sualını cavablandırarkən ifadə edib.
 
“Bu, Türkiyə üçün  də vacib məsələdir. Belə olduqda o sülh Zəngəzur dəhlizinin də tamlığı ilə işləməsinə gətirib çıxaracaq. Çindən Qazaxıstana gələn yüklər bu dəhlizdən  keçib Türkiyəyə gedəcək. Bu isə Cənubu Qafqazda  sülhün və əmin-amanlığın qorunması və ölkələrin inkişafı deməkdir. Bu mənada da Azərbaycan və Ermənistan QHT-lərinin bir birləri ilə görüşməsi və gediş-gəlişi vacib və humanist bir addımdır. Biz istəsək də, istəməsək də, gec-tez sülhə getməliyik”, - deyə davamında analitik bildirib.
 
“Astanadakı mahnı müsabiqəsində Samirə Əfəndi adlı azərbaycanlı müğənninin Qarabağda Azərbaycan xalqına qarşı döyüşmüş və mahnısını orada gəbərmiş erməni əsgərlərinə həsr etdiyini deyən erməni müğənniyə Azərbaycan adından 12 bal verməsi və üstəlik, onu qucaqlayıb bağrına basmasına siz necə baxırsız?” sualına isə həmsöhbətimiz qısaca cavab verib:
 
“Samirə Əfəndiyə gəlincə, onun erməni müğənniyə 12 bal verməsi və onu bağrına baxmasına da bu mövqedən yanaşmalıyıq. Həmin davranışı Rusiya siyası oyunbazlığının qurbanı olan iki xalqın oyanması və dostluq çərçivəsinə gəlməsi kimi qiymətləndirməliyik...”
 
Link kopyalandı!
Son xəbərlər