Bizi sosial şəbəkələrdən izləyin:
“Bir daha deyirəm: Ermənistanın siyasi arenasında Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə nizamlanmasının əleyhinə olan hər kəs ya xarici agentdir, ya da əclafdır”.
Moderator.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bunu noyabrın 21-də Ermənistan vətəndaş cəmiyyətinin bir sıra nümayəndələrinin Bakı səfərində iştirak etmiş politoloq, “Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi” QHT-nin prezidenti Areq Koçinyan sosial şəbəkədəki səhifəsində yazıb.
Xatırladılır ki, digər görüş və ziyarətlərlə yanaşı, Bakıda qonaq olan Ermənistan vətəndaş cəmiyyətinin 5 nümayəndəsini Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev də qəbul edib.
S.Laçın