NATO Gürcüstanla bağlı nələr planlaşdırır?..- Elxan Şahinoğlunun şərhi... 
Ekskluziv
409
21:01, Bu gün

NATO Gürcüstanla bağlı nələr planlaşdırır?..- Elxan Şahinoğlunun şərhi... 

“Əvvəlki Saakaşvili hakmiyyəti dövründə Gürcüstanın əsas hədəfi HATO və Avropa İttifaqı üzvlüyü idi. İndiki iqtidar isə bu kursdan yayınmadığını açıqlasa da, yürütdüyü siyasət sözügedən qurumları artıq uzaq hədəfə çevirir...”

 

Xəbər verildiyi kimi, NATO-nun baş katibi Mark Rütte Avropa “Azadlıq Radiosu”na verdiyi müsahibədə  Gürcüstanda baş verənlər ictimai-siyasi proseslərlə bağlı narahatlığını ifadə edib:

"Gürcüstanda baş verənlərə qarşı mən heç də laqeyd deyiləm. Biz çox narahatıq və bunu gürcü tərəfinə açıq şəkildə bildirmişəm. Biz onlarla əməkdaşlıq edirik. Məncə, əməkdaşlık özü-özlüyündə vacibdir ki, narahatlıqlarımızı izah etmək üçün əlavə kanalımız olsun... Gəlin məsələyə daha geniş baxaq: Gürcüstan var, amma eyni zamanda Ermənistan və Azərbaycan arasında baş verənlər var və görünür ki, onlar daha yaxşı vəziyyətdədirlər - o cümlədən prezident Trampın gördüyü işlər sayəsində. Ona görə də mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində nəzərdən keçirərdim...”

Görəsən, Şimali Atlantika Alyansının rəhbəri indiki mürəkkəb geo-siyasi durumda verdiyi bu açıqlama ilə əslində nə demək istəyib?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bu fikirləri dilə gətirib:

“İvanişvilinin hakimiyyətə gəlişindən bir müddət sonra Gürcüstan iqtidarının Qərb ölkələri ilə münasibətləri soyuyub və gərginləşib. Qəbul edilmiş bir sıra qanunlar Avropa İttifaqını qane etməyib. Bu da Gürcüstanın müstəqil seçimidir – amma avropalıların xoşları gəlməyib. Əvvəlki Saakaşvili hakmiyyəti dövründə Gürcüstanın əsas hədəfi HATO və Avropa İttifaqı üzvlüyü idi. İndiki iqtidar isə bu kursdan yayınmadığını açıqlasa da, yürütdüyü siyasət sözügedən qurumları artıq uzaq hədəfə çevirir. Və bu da Avropada narazılığa, Gürcüstan hökumətinə qarşı tənqidlərə səbəb olur. Ona görə də NATO baş katibinin Gürcüstanla bağlı son açıqlamasına bu aspektdən yanaşmaq lazımdır. Nə qədər ki, İvanişvili hökuməti mövcud siyasəti aparır, əlbəttə ki, Gürcüstanın NATO-ya üzv olması məsələsi mümkün deyil...”
 
“Belə çıxır ki, Qərbin, NATO-nun Gürcüstanla bağlı ölkədəki proseslərə təsir edə biləcək yeni planları görünmür?” sualına isə siyasi şərhçi belə cavab verib:
 
“Elədir. Əgər ölkəni NATO üzvlüyünə qəbul etməyəcəklərsə, başqa nə planlar ola bilər ki? Uzaqbaşı, Gürcüstanla hansısa ortaq layihələrin olması mümkündür. Amma onların da həcmi getdikcə azalır...”  
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər