“Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm”
Ekskluziv
289
10:07, Bu gün

“Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm”

“Cənab prezidentimiz doğum günümdə böyük dəyər verərək məni “Şöhrət” ordeni ilə təltif etdi. Mən xalq şairiyəm. Azərbaycanda mənim üçün bundan böyük ad yoxdur. Bu titul bir yazıçı üçün Milli Qəhrəman adı səviyyəsindədir. Biz idealoji cəbhənin əsgərləriyik. Əgər əsgərlər hər hansısa şairin vətənlə, torpaqla bağlı bir misrasını dilində əzbərləyib döyüşə gedirlərsə demək ki, bizim böyük xidmətimiz var”

Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz bildirib. O daha sonra ən böyük arzusunu dilə gətirib:


“Möhtərəm prezidentimiz 2 il bundan əvvəl Qərbi Azərbaycan icmasının yığıncağında idi. Orada mənə söz veriləndə dedim ki, ən böyük arzum Qərbi Zəngəzura qayıdıb, Dərələyəzdə, doğulduğum Paşalı rayonunun Herher kəndində, atamın xaraba qalmış evinin yerində bir məscid tikdirməkdir. Kənd əhalisi də, mən də orada namaz qılaram. Allah mənə bu arzumu yerinə yetirməyə imkan versin. İstərdim ki, hər şey müharibəsiz, sülh yolu ilə həll olunsun. Bu gün bizim ölkə başçısını digər dövlətlərdə imperator kimi qarşılayırlar. Bu elə-belə şey deyil. Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib. Arzulayıram ki, bu mövzuda da heç bir dövlət bizə mane olmasın. Biz artıq ermənilərlə sülh bağlamışıq. Bütün bunlar da zamanla olacaq. 5 il bundan əvvəl ağlımıza gələrdimi Qarabağa, Şuşaya gedəcəyik? Şükür ki, getdik.

Həmçinin Qərbi Azərbaycana da gedəcəyik” deyə xalq şairi bildirib.

Link kopyalandı!
Son xəbərlər