Əbu-Dabidə Budanovun ABŞ-ın ordu naziri ilə kritik görüşü gözlənilir... -
Ekskluziv
157
09:53, Bu gün

Əbu-Dabidə Budanovun ABŞ-ın ordu naziri ilə kritik görüşü gözlənilir... -"CBS News"

ABŞ ordu(quru qoşunları) naziri Daniel Driskoll Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidədir və orada  Ukrayna ilə sülh müqaviləsini müzakirə etmək üçün Rusiya nümayəndələri ilə görüşüb. 
 
Moderator.az "Meduza"ya istinadla xəbər verir ki, "CBS News" bu barədə iki ABŞ rəsmisinə və iki diplomatik mənbəyə dayanaraq məlumat yayıb.
 
Kanalın mənbələrindən birinin məlumatına görə, Driskoll 24 noyabr axşamı Rusiya nümayəndə heyəti ilə görüşüb və danışıqların daha bir mərhələsi 25 noyabr tarixinə planlaşdırılıb.
 
ABŞ rəsmisi bildirib ki, "Onun [Driskoll] sülh prosesini müzakirə etmək və sülh danışıqlarını tez bir zamanda irəli aparmaq üçün günün sonlarında [25 noyabrda] onlarla [Rusiya nümayəndələri] arasında daha bir görüş planlaşdırılıb".
 
Rusiya nümayəndə heyətinin tərkibi məlum deyil. ABŞ nümayəndə heyətinin digər üzvləri dəqiqləşdirilməyib.
 
"CBS"-in məlumatı "Financial Times"-dakı mənbələr tərəfindən təsdiqlənib. "FT"-nin məlumatına görə, Driskoll Əbu-Dabidə həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla  görüşəcək. Moskva, Kiyev və Vaşinqton nümayəndələri arasında üçtərəfli görüşün Əbu-Dabidə baş tutub-tutmadığı hələlik məlum deyil.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 24 noyabrda bildirib ki, bu həftə Rusiya və ABŞ nümayəndələri arasında heç bir danışıqlar planlaşdırılmayıb, lakin Moskva onlara açıq qalır.
 
Xatırladılır ki, 23 noyabrda Cenevrədə Donald Trampın sülh planını müzakirə etmək üçün ABŞ, Ukrayna və Avropa ölkələri arasında danışıqlar keçirilib. ABŞ dövlət katibi Marko Rubio görüşü Trampın müharibəyə son qoymaq səylərində "indiyə qədər ən məhsuldar" görüşü elan edib. Ukrayna nümayəndə heyətinin rəhbəri və prezident aparatının rəhbəri Andrey Yermak da dialoqu "çox məhsuldar" adlandırıb. "FT"-nin məlumatına görə, Cenevrə danışıqlarından sonra Trampın əvvəlcə 28 bənddən ibarət olan sülh planı 19 bəndə endirilib...
Link kopyalandı!
Son xəbərlər