Rusiyanın bu şəhərində 20-dən çox partlayış oldu...- Lazer kompleksi və təyyarə vuruldu?..+VİDEO
Ekskluziv
228
06:46, Bu gün

Rusiyanın bu şəhərində 20-dən çox partlayış oldu...- Lazer kompleksi və təyyarə vuruldu?..+VİDEO

Noyabrın 25-i gecəsi Rusiyanın Taqanroq şəhəri böyük dron hücumuna məruz qalıb: şəhərdə onlarla partlayış baş verib və yanğınlar başlayıb. Onlayn xəbərlərdə yerli təyyarə zavoduna zərbə endirildiyi və "A-60" təyyarəsinin məhv edildiyi ehtimal olunur.
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
 
Şahidlər iddia edirlər ki, Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində 20-dən bir qədər çox partlayış eşidilib. Bu barədə yerli telegram-kanalları məlumat verir.
"NV" radiosunun məlumatına görə, xəbəri telegram-kanalında şəhərin meri Svetlana Kambulova da təsdiqləyib.
 
"Şahidlərin sözlərinə görə, bəzi evlərdə pəncərələr titrəyib, park edilmiş avtomobillərdə siqnalizasiya işə düşüb", - ruslar belə yazır.
 
Yerli hakimiyyət orqanları Taqanroqa dron hücumunu təsdiqləyib. Məlumata görə, atəş nəticəsində iki mənzil binasına və bir fərdi evə ziyan dəyib, sənaye zonasındakı anbarda yanğın baş verib. Ən azı üç nəfərin yaralandığı bildirilir.
 
Eyni zamanda, bir neçə "OSINT" (açıq mənbələrdən toplanmış məlumatların təhlili və s.) kanalı Taqanroqdakı təyyarə zavoduna zərbə endirildiyini bildirir. Təsdiq tələb edən ilkin məlumata görə, zərbə həmçinin "İl-76MD" hərbi nəqliyyat təyyarəsinin bazasında qurulmuş sovet eksperimental lazer kompleksinə də dəyib. Bunu, xüsusən də internetdə yayılan hadisə yerindən bəzi görüntülər təsdiqləyir.
 
"OSINT" kanalları həmçinin hava limanının idarəetmə qülləsinin vurulduğu ehtimalını bildirir.

 

S.Laçın
Link kopyalandı!
Son xəbərlər