“Azərbaycanla Ermənistan arasında qarşılıqlı gediş-gəlişlərin daha da vüsət almasının tərəfdarıyam...”
Ekskluziv
270
17:14, Bu gün

“Azərbaycanla Ermənistan arasında qarşılıqlı gediş-gəlişlərin daha da vüsət almasının tərəfdarıyam...”

“Buna qarşı çıxanlar diplomatiyanın nə olduğunu bilməyən, indiki həssas dönəmdə Ermənistanla Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu anlamayan kəslərdir...”
 
“Azərbaycanla Ermənistan arasında vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı gediş-gəlişlərinə, ümumiyyətlə, sülh sazişinə doğru gedən iki ölkənin müxtəlif səviyyələrdə yaxınlaşmasına qarşı çıxanlar dırnaqarası “vətənpərvərlik” nümunəsi göstərirlər. Bunlar diplomatiyanın nə olduğunu bilməyən, indiki həssas dönəmdə Ermənistanla Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu anlamayan kəslərdir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli ifadə edib.
 
“Ermənistanın baş naziri Nikol Paşinyan əgər erməni xalqının Azərbaycana qarşı revanşist, irqçi münasibət nümayiş etdirməyə çalışan nümayəndələrini ağ yuyub qara sərirsə, biz də buna uyğun davranış nümayiş etdirməliyik. Mən hesab edirəm ki, vətəndaş cəmiyyəti üzvlərinin  qarşılıqlı görüşləri xalq diplomatiyasıdır, xalqları bir-birinə yaxınlaşdıran əsas körpüdür. Ona görə də bu prosesin daha vüsətlə davam etməsinin tərəfdarıyam”, -deyə davamında politoloq vurğulayıb.
 
 
Link kopyalandı!
Son xəbərlər