Ukrayna ilə bağlı mövcud vəziyyət İlham Əliyevin böyüklüyü haqqında nə deyir?
Ekskluziv
53
19:19, Bu gün

Ukrayna ilə bağlı mövcud vəziyyət İlham Əliyevin böyüklüyü haqqında nə deyir?

Son günlər Ukrayna ilə bağlı yaranan vəziyyət bütün dünyada ciddi müzakirəyə səbəb olub. Buna səbəb ABŞ tərəfindən hazırlanan sülh razılaşmasının Ukraynanın milli maraqları ilə böyük ölçüdə ziddiyyət təşkil etməsidir. Rusiyanın tələbləri əsasında hazırlanan bu razılaşma Ukraynadan işğalçı tərəfə ciddi güzəştlər etməyi tələb edir ki, bu da rəsmi Kiyevin haqlı etirazına səbəb olmaqdadır. Təsadüfi deyil ki, Ukraynanın prezidenti Volodimir Zelenski bugünlərdə xalqa müraciətində demişdir:

“Ukrayna ya ləyaqətini, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər”.

Maraqlıdır, Ukraynanın bu cür kritik seçim astanasında dayanmasına səbəb nədir? Bax bu yerdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi sözləri yada düşür. Dövlət başçısı 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin açılışındakı nitqində demişdir:

“Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var”.

8 Noyabr zəfəri: Özünə güvənməyin aqibəti!

Prezident İlham Əliyevin yuxarıdakı sitatından da məlum olduğu kimi, müasir dünyamızda uğurun, qələbənin əsas təməli özünə güvənməkdən, hər bir məsələdə öz gücünə istinad etməkdən gedir. Hansı ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və bu müharibənin aqibəti bu gerçəkliyi bir daha sübut etdi. Azərbaycan dövləti öz xalqına, ordusuna güvənərək yalnız və yalnız öz imkanları hesabına erməni faşizminə qarşı azadlıq mübarizəsinə başladı və 44 gün sürən bu mübarizə işğalçı Ermənistan ordusunun darmadağın edilməsi ilə başa çatdı. Azərbaycan 8 Noyabr zəfəri ilə sadəcə işğal probleminə son qoymadı. Azərbaycan 8 Noyabar zəfəri ilə həm də özünə güvənməyin, öz gücü ilə hərəkət etməyin nə qədər doğru və məntiqli olduğunu sübut etdi.

44 günlük Vətən müharibəsi özünə deyil, ermənipərəst dairələrə, imperialist güclərə arxalanan Ermənistanın faciəvi aqibətini də ortaya qoydu. Rusiya, Fransa və digər ölkələrə arxalanan Ermənistan real döyüş meydanında tək qaldı. Azərbaycan Silahlı Qüvvələrinin ölümcül zərbələri altında pərən-pərən düşən erməni ordusu, eləcə də rəsmi İrəvan rüsvayçı məğlubiyyətə məhkum oldu.

Ermənistan öz acı məğlubiyyəti və biabırçı sonluğu ilə göstərdi ki, başqasına ümid olmağın, öz gücünə deyil, özgəsinin gücünə arxalanmağın sonu hər zaman acınacaqlı olur.

Qalibiyyətli müharibə üçün zəruri olan daha bir əsas şərt: Lider faktoru!

44 günlk Vətən müharibəsi qaılibiyyətli müharibə üçün gərəkli olan digər bir amilin – bacarıqlı lider faktorunun da nə qədər önəmli olduğunu ortaya qoydu. Vətən müharibəsi göstərdi ki, müasir dünyamızda sadəcə ədalətli olmaq öz haqqını tələb etmək, öz haqqqı uğrudnakı mübarizəni qələbə ilə başa çatdırmaq üçün yetərli deyil. Bunun üçün həm də güclü olmaq, beynəlxalq siyasi vəziyyəti düzgün qiymətləndirmək, düşmənin mövcud və ya mümkün müttəfiqlərini neytrallaşdırmağı bacarmaq lazımdır. Necə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu missiyanın öhdəsindən müvəffəqiyyətlə gəldi. Prezident İlham Əliyev 44 günlük Vətən mahribəsində sadəcə hərbi müstəvidə deyil, diplomatik və informasiya müstəvisində də böyük sərkərdəlik qabiliyyəti sərgilədi ki, bu da düşmən üzərində qələbə əldə edilməsində mühüm rol oynadı.

Bundan başqa, Vətən mharibəsi təcrbəsi həm də sübut etdi ki, haqlı tərəf mübarizə üçün vaxtı da düzgün seçməli, bu məsələdə tələskənliyə və ya ləngliyə yol verməməlidir.

Ukraynanın haqlı savaşını dərin məğlubiyyətin eşiyinə gətirən 4 faktor

Rusiya-Ukrayna müharibəsi ilə Vətən müahribəsi arasında aparılan müqayisə öz azadlığı və ərazi bütövlüyü  uğrunda döyüşən Ukraynanın niyə bu cür ümidsiz vəziyyətə düşməsinin səbəblərini aydın şəkildə göstərir. Məlum səbəblərdən biri Ukraynanın mübarizə üçün düzgün vaxt seçməməsidir.

Artıq 4-cü ilinə keçən Rusiya-Ukrayuna müharibəsinin təhlili göstərir ki, Rusiya öz ordusunu mübarizəyə müharibədən öncə deyil, müharibənin gedişində - böyük itkilər verə-verə formalaşdırdı. Bu isə Ukrayna ordusunu həm canlı qüvvə, həm də texnika baxımından ciddi itkilərə məruz qoydu, qələbəyə olan inam hissini əhəmiyyətli dərəcədə sarsıtdı.

İkinci mühüm amil, lider faktoru ilə bağlıdır. Zelenski kifayət qədər güclü və ləyaqətli ldier olsa da, o, Prezident İlham Əliyev qədər çevik manevr qabiliyyəti, iti ağıl, uğurlu əks-hücum həmləsi sərgiləyə bilmədi.

Ukraynanı qələbədən uzaqlaşdıran amillərdən biri də onun müttəfiqlərə, onların yardımına həddindən artıq etibar etməsi, güvənməsi oldu. Rəsmi Kiyev hesab edirdi ki, Rusiya ilə müharibənin ilk günlərindən etibarən ABŞ və Avropada dövlətələri nəhəng anti-Rusiya koalisiyası yaradacaq, Ukraynaya hər mənada ciddi dəstək göstərəcək. Lakin müttəfiqlərin Ukraynaya yardımı xeyli dərəcədə ləngidi.

Bundan başqa, ilk dönəmlərdə bu yardım Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir göstərəcək qədər böyük olmadı. Bu isə Ukrayna torpaqlarının işğalı üçün əlverişli şərait yaratdı.

Nəhayət, Ukraynanın indiki çətin duruma düşməsinin bir səbəbi də öz daxili potensialını düzgün qiymətləndirə bilməməsi oldu. Müharibə dönəmində yüz minlərlə döyüşə yararlı ukraynalı ölkəsini tərk edərək Qərb dövlətlərinə sığındı. Nəticədə, Rusiyanın nəhəng hərbi gücü qarşısında Ukrayna öz insan resursundan lazımınca istifadə edə, döyüş meydanına lazımı qədər canlı qüvvə çıxara bilmədi. Ukrayna ordusunun canlı qüvvə baxımından geriliyi bu gün də davam edir və özünü mənfi mənada göstərməkdədir.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda bir nəfər də olsun fərari olmadı. Əksinə, insanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli və mərkəzi binası qarşısında aksiyalar təşkil edir, müharibəyə getmək üçün israrlı çağırlşlar səsləndirirdi. Və xalqın bu həmrəyliyi, dövlətinin və ordusunun ətrafında sıx bilərşməsi 8 Noyabr qələbəsini təmin etdi. Azərbaycan xalqı öz cəsarəti, qətiyyəti ilə göstərdi ki, o, torpağı və bayrağı uğrunda döyşməyə, ölməyə və öldürməyə qadirdir və öz müstəqilliyi, ərazi bütövlüyü məsələsində heç vaxt heç kimə güzəştə getməyəcək.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər