Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Ararat mərzinin qubernatoru Sedrak Tevonyan bu gün ermənilərin "Tiqranaşen" aqlandırdıqları Naxçıvanın Kərki kəndi ilə bağlı jurnalistlırin verdiyi suallardan hiddətlənib.
Moderator.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.
Jurnalistlər Paşinyanla görüşməyə tələsən Tevonyandan Kərkinin Azərbaycana qaytarılması və bunun müqabilində Gədəbəy rayonundakı "Artsvaşen" adlandırılan Başkənd kəndinin Ermənistana verilməsi ilə bağlı müzakirələrin olub-olmadığını soruşublar.
Erməni nəşrinin yazdığına görə, qubernator bu açıq-aydın suallara görə soyuqqanlılığını itirib və hiddətlə belə deyib: “Elə bil ki, film çəkirsiniz... Ara, get öz işinlə məşğul ol!”.
Zəruri arayış:
Ermənistanla danışıqlarda Kərkinin Başkəndlə dəyişdirilməsinin müzakirə olunması haqda məsələ rəsmi məlumat olmasa da, ara-sıra həm erməni, həm də Azərbaycan mediasında, eləcə də siyasətçi, deputat və siyasi şərhçilərin açıqlamalarında belə fikirlər səsləndirilir...
S.Laçın