AZƏRTAC-ın əməkdaşları İrəvanda oldu?..- Hansı tədbirdə?..- “Hraparak” 
Ekskluziv
201
10:19, Bu gün

AZƏRTAC-ın əməkdaşları İrəvanda oldu?..- Hansı tədbirdə?..- “Hraparak” 

“Məlum olub ki, 4-6 noyabr tarixlərində “SNCO” ictimaiyyətlə əlaqələr və informasiya təşkilatının “Orbeli” analitik mərkəzi tərəfindən təşkil olunmuş “Orbeli Forum 2025”-də yalnız türkiyəli deyil, azərbaycanlı jurnalistlər də iştirak edib. Dəvətnaməni Ermənistan Respublikasının Baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr mərkəzi göndərib. Jurnalistlərin Azərbaycanın dövlət media orqanı olan AZƏRTAC-dan olduğunu öyrəndik
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazıb.
 
Azərbaycanlı jurnalistlərin Ermənistanda qalma xərclərini dəvət edən tərəf - Ermənistan hökuməti qarşılayıb. Oteldə onların təhlükəsizliyi ciddi şəkildə qorunub. Əvvəlcə onlar gələnə qədər bütün ərazi əvvəlcədən yoxlanılıb və burada olduqları 3 gün ərzində mühafizəçilər daim otağın qapısında dayanıblar”, -deyə davamında erməni nəşri bildirir.
 
“Hraparak”ın məlumatına görə, bəhs edilən tədbirə qatılan 4 Azərbaycan jurnalistinin təhlükəsizliyinə və rahatlığına xüsusi diqqət ayrılıb. 
 
“Bizimlə söhbətində “Orbeli” forumunda azərbaycanlı jurnalistlərlə əlaqələrə cavabdeh olan Davit Sarkisyan məlumatı təsdiqləyərək qeyd edib ki, jurnalistlər qrupu 4 nəfərdən ibarətdir: "Onlar 3 gün Ermənistanda, İrəvandakı "Marriott" otelində qalıblar. Xərclərlə bağlı məlumatım yoxdur, o hissə ilə məşğul olmamışam…".
 
O bildirib ki, 4 azərbaycanlı jurnalist gəlib.. Qeyd edək ki, “Marriott”-da standart otaqda bir günlük qalmanın qiyməti 100-150 min dram arasında dəyişir”,- Ermənistan qəzeti belə yazır.
Xəbər hazırlanarkən məlumatı dəqiqləşdirmək üçün  AZƏRTAC-ın rəsmi veb-saytında göstərilən (012) 498 -60-17 və (012) 498- 60- 07 telefon nömrələrinə dəfələrlər zəng etsək də, operator dəstəyi qaldırmadı. 
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər