Bizi sosial şəbəkələrdən izləyin:
“Qazaxıstan balanslaşdığımız xarici siyasət yürüdür, Çinlə, Rusiya ilə çıx münasibətləri var. İndi həm də...”
Xəbər verildiyi kimi, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Vaşinqtonda Tramla görüşüb ona təriflər dedikdən sonra ölkəsinə qayıtdı və az sonra Moskvaya gedib, Putinə daha güclü təriflər yağdırdı və ona " baş yoldaş" deyə müraciət etdi. Dünən- noyabrın 20-də isə Tokayev Astanada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanı “Ermənistanın gerçək ümummilli lideri” adlandırıb. Bəs görəsən, Qazaxıstan liderinin Paşinyana bu komplimenti neçə ildir onu öz adamlarıyla əvəzləməyə çalışan “baş yoldaş”ın xətrinə dəyməyib ki?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bunları söyləyib:
“Məsələ ondadır ki, Qazaxıstan balanslaşdığımız xarici siyasət yürüdür, Çinlə, Rusiya ilə çıx münasibətləri var. İndi həm də Avropa, Amerika bazarına da açılmağa çalışır. Qazaxıstan Prezidenti elə bir siyasət yürütmək istəyir ki, heç kimin xətrinə dəyməsin...
Azərbaycan Prezidenti də keçən dəfə Özbəkistandakı tədbirə dəvətliydi. Tokayev də Paşinyandan öncə Azərbaycan Prezidentini Qazaxıstana dəvət etmişdi. İndi Ermənistan Baş nazirini də dəvət edib. Çünki əgər Qazaxıstandan Qərbə yollanan yüklər Cənubi Qafqazdan keçəcəksə, deməli, Zəngəzur dəhlizi -“Tramp yolu”ndan, başqa sözlə, Azərbaycandan və Ermənistandan keçəcək. Ona görə də Qazaxıstan həm Azərbaycan, həm də Ermənistanla sıx münasibətlər qurur...
Paşinyanla Tokayevin yaxın münasibətləri isə Putini qıcıqlandırmaz, çünki Putin özünün də Paşinyandan xoşu gəlməsə də, hər halda münasibətləri var. Odur ki, burada mən qeyri-adı bir şey görmürəm...”
Sultan Laçın