Rusiyanın post-müharibə qorxusu...
Ekskluziv
150
17:03, Bu gün

Rusiyanın post-müharibə qorxusu...

Kreml müharibə cinayətlərinə görə məsuliyyətdən yaynmağa çalışır...

Moderator.az xəbər verir ki, ABŞ-ın Ukraynaya təqdim etdiyi sülh planı ilə bağlı mediada bəzi detallar yer almaqdadır. Hələlik rəsmi şəkildə təsdiqlənməyən məlumata görə, Rusiyanın razılığı ilə hazırlanan sülh planında Kremlin bəzi tələbləri də yer alıb ki, bunlardan da biri müharibə cinayətləri ilə bağlı araşdırmaların dayandırılması ilə bağlıdır.

Rusiyanın mümkün sülh razılaşmasında bir sıra şərtlərlə yanaşı həm də  bu tələbi səsləndirməsi iki həqiqətdən xəbər verir.

Birincisi, Rusiya post-müharibə dönəmində müharibə cinayətlərinə görə araşdırmaların davam edəcəyindən, bu araşdırmaların məntiqi nəticəsi kimi hərbi-siyasi rəhbərliyin bir sıra nümayəndələrinin cəzalandırılacağından qorxur.

İkincisi, sülh razılaşmasında belə bir tələbin irəli sürülməsi onu deməyə əsas verir ki, Rusiya Ukraynada həqiqətən də çoxsaylı müahribə cinayətlərinə yol verib. Əks təqdirdə, sülh razılaşmasına belə bir tələbin salınmasına lüzum olmazdı.

 

Link kopyalandı!
Son xəbərlər