İlham Əliyevdən qlobal informasiya təhlükəsizliyinə tarixi töhfə
Ekskluziv
304
16:19, Bu gün

İlham Əliyevdən qlobal informasiya təhlükəsizliyinə tarixi töhfə

Azərbaycanm Prezidenti beynəlxalq mediadakı problemlərin konkret həll yollarını göstərdi

21 noyabr 2025-ci il tarixində Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilib. Forumda Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanan məktubu oxunub. Dövlət başçısı məktubunda Forum iştirakçılarının diqqətini qlobal informasiya təhlükəsizliyinə çəkərək bu müstəvidəki problemlərin konkret həll yollarını göstərib. Müraciətdə deyilir:

“Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır”.

Göründüyü kimi, İlham Əliyev informasiya təhlükəsizliyi probleminin konkret olaraq hansı problemlərdən qaynaqlandığını qeyd edir, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”-lər, süni intellektin imkanlarından sui-istifadə və s. kimi amillərin məlum problemin əsas nüvəsini təşkil etdiyini vurğulayır. Ölkə başçısı haqlı olaraq qeyd edir ki, bu problem dövlətlərin sadəcə imicinə zərbə vurmur. Həm də bütövlükdə beynəlxalq sabitliyi sarsıdır, dövlətlər arasındakı münasibətlər sisteminə, bu sistemin etibar və dayanıqlılığına mənfi təsir göstərir. Başqa sözlə desək, informasiya təhlükəsizliyi problemi öz miqyas və zərərli təsirlərinə görə bir və ya bir neçə dövlətin sərhədlərindən çıxaraq ümumilikdə bütün dünyamızı əhatə edir ki, bu da sözügedən problemlə birgə mübarizəni zəruri edir.

İlham Əliyevdən ənənəvi həll modeli: Səmimi əməkdaşlıq!

Prezident İlham Əliyev bütün qlobal problemlərin həlli kimi informasiya təhlükəsizliyi ilə bağlı ortaya çıxan problemlərin həllini də dünya dövlətlərinin, onların media orqanlarının səmimi əməkdaşlığında görür. Dövlət başçısı haqlı olaraq hesab edir ki, yalnız həqiqi əmədkaşlıq planetimizi təhdid edən bütün problemlər kimi bu problemin də həllini effektiv şəkildə təmin edə bilər. Bu mənada əmimliklə demək olar ki, əslində İlham Əliyevin Forum iştirakçılarına ünvanlanan müraciəti dünya dövlətlərinin media orqanları qarşısında yeni vəzifələr qoyur. Bu, istənilən məqalə və reportajın hazırlanması zamanı səhih faktlara istinma etmək, dezinformasiya və ya qeyri-müəyyənlikdən imtina, digər ölkələrin media orqanları ilə əməkdaşlıqdır. Məhz bu yanaşma dünyamızı “informasiya çirliliyindən” xilas edə, informasiya müstəvisində “təmiz dünya” modelini bərqərar edə bilər. Media orqanları arasında səmimi əməkdaşlıq  yalan informasiyaların mediada yer almasını əngəlləyə bilər ki, bu da həm dezinformasiyaların qarşısının alınması, həm də dövlətlərarası münasibətlərdə etimad və inamın qorunması baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlət başçısından “Azərbaycan nümunəsi”

Prezident İlham Əliyev sağlam media mühitinin yaradılması Azərbaycanın atdığı addımlara da diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda jurnalistlərin peşəkarlğının artırılması, istənilən məqalənin hazırlanmasıdna faktlara istinad əsas amillərdən biri hesab edilir:

“Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik”.

Dövlət başçısı müraciətində peşəkarlıq amilini dezinformasiya və media çirkliliyinin qarşısının alınmasında əsas faktorlardan biri kimi dəyərləndirir.

Həqiqəqətn də, beynəlxalq təcrübə sübut edir ki, peşəkarlıq hər şeydən öncə özünəhörmət və media dəyələrinə ehtiram tələb etdiyi üçün həqiqi peşəkarlığın mövcud olduğu ortamlarda saxta xəbər, dezinformasiya kimi neqativ hallara daha az rast gəlinir. Peşəkar jurnalist üçün insanların onlara, təqdim etdikləri materiala olan inamı, peşə prinsiplərinə sədaqət hər şeydən üstün olduğu üçün onlar ucuz sensasiya dalınca, kimlərəsə yarınmaq yarınmağa ehtiyac hiss etmirlər. Bu mənada dünya dövlətlərinin peşəkar medianın formalaşmasına daha çox səy göstərməsi məlum problemin həllində mühüm rol oyana bilər.

Müzəffər Ali Baş Komandanın müraciətində diqqət cəlb edən məqamlardan  biri də ortaq media platformasının yaradılması ideyasınn irəli sürülməsidir.  Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu ideya öz cəlbediciliyi və faydalılığı ilə seçilir. Əməkdaşlığın bir növü kimi ortaq informasiya platformasının yaradılması media orqanlarının daha dolğun və gerçək informasiyalar təqdim etməsini sitimullaşdırar ki, bu da dezinformasoyaların əngəlləməsi baxımından effektiv addımdır.

Bir sözlə, Prezident İlham Əliyevin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu iştirakçlarına müraciəti qlobal media təhlükəsizlyinin təmini baxımından mühüm bir addım, sözün həqiqi mənasında əsl “yol xəritəsidir”. Bu “yol xəritəsinin” praktikada tətbiqi media təhlükəsizliyi ilə bağlı ortaya çıxan qlobal problemləri ən qısa zamanda optimal şəkildə həll edə bilər ki, bu da bütün dövlətlərin marağına uyğundur.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər