Ekskluziv
291
13:58, Bu gün

"Torpaq satılmır": Moskva ilə danışıqlarda "qırmızı xətləri"miz dəyişməzdir" - Ukraynanın BMT-dəki nümayəndəsi

 
"Biz emosional danışmırıq, amma ədalətli sülhdən geri çəkilməyəcəyik..."
 
Ukrayna ABŞ-dan təqdim edilən yeni sülh planını müzakirəyə hazır olduğunu bildirir, lakin rəsmi Kiyev artıq danışıqlar üçün sərt çərçivələri müəyyən edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Kristina Qayovişin bəyan edib. Məlumatı "pravda.com.ua" nəşri məlumat yayıb.
 
"Ukrayna satılmır"
 
"Axios" və "Bloomberg"in yazdığına görə, BMT Təhlükəsizlik Şurasında çıxış edən Kristina Qayovişin bildirib ki, Ukraynanın mövqeyi dəyişmir və müzakirə mövzusu deyil. O, vurğulayıb: "Ukrayna işğal olunmuş əraziləri Rusiyanın hissəsi kimi tanımayacaq, suverenlik və müdafiə hüququ məhdudlaşdırıla bilməz, "Ukraynasız Ukrayna haqqında" müqavilə legitim olmayacaq. Diplomatın sözlərinə görə, sülhün yeganə yolu Ukraynaya daha çox hərbi və maliyyə dəstəyidir: "Ukraynanın müdafiəsini gücləndirmək eskalasiya yox, Rusiyanı danışıqlara məcbur etməyin yoludur".
"Biz dialoqa açığıq, amma nəticə ədalətli olmalıdır"
 
Zelenski ABŞ-la aparılan danışıqları təsdiqləyərək bildirib ki, Kiyev emosional reaksiyalar yox, praktiki diplomatiyanı seçir. Onun sözlərinə görə, Ukraynanın məqsədi uzunmüddətli və təhlükəsiz sülhdür, eləsi ki, yeni təcavüzə yol açmasın".
 
Zelenski yaxın günlərdə Donald Trampla danışıqlar aparacağını təsdiqləyib, lakin Rusiyanın hazırda real sülhə maraqlı olmadığını vurğulayıb.
 
"Qəzza modelinə bənzər "atəşkəs formatı"
 
"Bloomberg" yazır ki, Vaşinqton Kiyevə Qəzza modelinə bənzər "atəşkəs formatı" təqdim edib. Lakin sənəddə Rusiyanın əvvəlki tələblərinin - Donbasın verilməsi, ordunun məhdudlaşdırılması və rus dilinə xüsusi statusun yenidən gündəmdə olduğu deyilir. Bu səbəbdən plan həm Ukrayna daxilində, həm də Qərbdə ciddi müzakirələr doğurub. "Axios" yazır ki, ABŞ tərəfi sənədi hazır razılaşma kimi yox, işlək çərçivə kimi görür və Kiyevə belə mesaj verir: "Razı deyilsinizsə, dəyişiklik təklif edin".
 
Fon gərginləşir - təzyiq artır
 
Planın ABŞ-Rusiya nümayəndələri tərəfindən hazırlanması barədə iddialar Kiyevdə narazılıq yaratsa da, Vaşinqton prosesi sürətləndirməyə çalışır. Ukraynada isə iki paralel reallıq var: cəbhədə ağır vəziyyət və daxildə siyasi təzyiqlər. Bu fonun içində Kiyevin mövqeyi bir cümləyə sığır: "Sülh mümkündür, amma Ukraynanın hesabına yox".
Link kopyalandı!
Son xəbərlər