Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynanın "Polad şirlər" adlı 63-cü əlahiddə mexanikləşdirilmiş briqadası Luqansk vilayətinin Kremennaya şəhəri yaxınlığında yerləşən Serebryanski meşəsində döyüş əməliyyatlarının görüntülərini yayımlayıb. Videoda hücum qrupunun tərkibində amerikalı könüllü tərəfindən aparılan təmizləmə əməliyyatı əks olunub.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə 63-cü əlahiddə mexanikləşdirilmiş briqadanın rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.
Kadrlarda könüllü Bryus və yoldaşlarının dörd rus hərbçisini əsir götürdüyü görünür. Həbs zamanı amerikalı əsgərin ünsiyyət tərzi diqqəti cəlb edib. Əsir götürənlərə müraciət edərək, o, ukrayna dilində "Diz çökün, xahiş edirəm!" deyib.
İşğalçılar əsir götürüldükdən sonra Bryus onların hər birinə siqaret paylayıb və "Nuş olsun!" deyib. O, həmçinin əsirləri sakitləşdirib, qrupunun onlara qarşı silah istifadə etmək niyyətində olmadığına əmin edib. Bundan əlavə, videoda Ukrayna müdafiəçilərinin əsirlərin vəziyyətindən xəbərdar olduğu görünür: işğalçılar xəsarətlərdən şikayət ediblər və bu, Ukrayna əsgərləri tərəfindən nəzərə alınıb.
Briqada açıqlamasında bildirib ki, "Amerika əsgərinin Ukrayna dilində danışıq səviyyəsinə və xüsusən də nəzakətinə baxın - hətta ruslar belə təəccübləndilər".