Bizi sosial şəbəkələrdən izləyin:
“Bu yaxınlarda mənim ABŞ prezidenti Donald Trampla (Amerikanın “Firebird” şirkətinin 500 milyon dollar investisiyası – red.) bu məsələni müzakirə etmək imkanım oldu, çünki investorların prosedurlarla bağlı müəyyən narahatlığı var idi”
Moderator.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bunu noyabrın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
O, Ağ Evin çevik reaksiyasından və bu proqramın həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Paşinyan Trampa təşəkkür edərək, bunun icrasının Vaşinqtonda imzalanmış memorandumun məntiqinə uyğun olduğunu izah edib.
Paşinyan əlavə edib ki, Ermənistan hökumətinin hibrid təhdidlərə qarşı mübarizə alətləri şəffaflıq, demokratiya və ictimaiyyətlə aktiv ünsiyyətdir.
Xatırladaq ki, Amerikanın süni intellekt texnologiyalarını inkişaf etdirən “Firebird” şirkəti “Dell” və “NVIDIA” ilə əməkdaşlıq edərək Ermənistana 500 milyon dollar sərmayə qoyacağını açıqlayıb.
S.Laçın