18 noyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Tovuz Rayon Təşkilatının sədri Mayıl Hümmətov rayonun Əlibəyli kəndinin sakini Birinci Qarabağ müharibəsi veteranı Nəriman Abdllayevin ailəsini ziyarət edib.
Moderator.az xəbər verir ki, video görüntü formatında Nəriman Abdullayevlə görüşən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov veteranın qayğı və problemləri ilə maraqlanıb, rəhbərlik etdiyi qurumun hər zaman veteran və şəhid ailələrinin yanında olduğunu bildirib.
Diqqətə görə polkovnik Cəlil Xəlilova təşəkkürünü bildirən Nəriman Abdullayev, Prezident İlham Əliyevin veteranlar və şəhid ailələrinə olan qayğısından məmnunluğunu dilə gətirib, eyni zamanda, bəzi arzu və istəklərini Təşkilat rəhbərinin diqqətinə çatdırırb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən veteran ailəsinə maddi yardım göstərilib, Abdullayevlər ailəsinin arzu və istəkləri aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılıb.
Məlumat üçün qeyd edək ki, Birinci Qarabağ müharibəsində iştirak edən Nəriman Abdullayevin üç övladı da 44 günlük Vətən müharibəsi iştirakçısıdır.