NATO mübarizə tədbirlərini gücləndirdi, “sirli dronlar” yoxa çıxdı
Ekskluziv
296
18:41, Bu gün

NATO mübarizə tədbirlərini gücləndirdi, “sirli dronlar” yoxa çıxdı

Bir müddət bundan öncə bütün Avropanı cənginə alan, insnalar arasında böyük təşvişə səbəb olan “sirli dronlar” son günlər yoxa çıxıb.

Moderator.az xəbər verir ki, Avropanı təlatümdə saxlayan dronların “qeybə çəkilməsi” NATO-nun dronlar əleyhinə mübarizə tədbirlərini gücləndirməsindən sonra baş verib.

Ekspertlər hesab edir ki, naməlum dronların yeni anti-dron mübarizə üsullarının tətbiqindən sonra yoxa çıxması bu dronların yadplanetli deyil, “yer mənşəli” olmasından xəbər verir.

Xatırladaq ki, Avropanın bir çox hərbi eksperti elə ilk gündən bu dronların Rusiyaya məxsus olduğunu iddia etsə də, Kreml bu iddiaları inkar edib. Dronların ələ keçməməsi isə həmin dronların kənar və daha üstün sivilizasiyaya mənsubluğu ilə bağlı iddialara yol açıb.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər