“Kollektiv Qərb öz təhlükəsizliyini Trampın biznes maraqlarına, ABŞ-ın çıxarılarına qurban verə bilməz...”
Ekskluziv
366
16:22, Bu gün

“Kollektiv Qərb öz təhlükəsizliyini Trampın biznes maraqlarına, ABŞ-ın çıxarılarına qurban verə bilməz...”

“Bu gün Türkiyədə prezident Zelenskinin müharibənin həlli ilə bağlı təklif paketi masaya qoyulur. Burda bəzi humanitar məsələlər də var . Lakin Rusiya bu təmaslarda imtina etdi...”
 
Amerikanın "Axios" nəşrinin yazdığına görə, Tramp administrasiyası  Rusiyanın iştirakıyla gizli şəkildə Ukraynadakı müharibəyə son qoymaq üçün genişmiqyaslı, amma gizli bir plan hazırlayır.  Sənəddə 28 bənd var və artıq Vaşinqton, Moskva və Kiyev arasında diplomatik səviyyədə müzakirə olunur. ABŞ və Rusiya rəsmilərinin sözlərinə görə, Tramp administrasiyası Qəzzadakı vəziyyəti həll etmək üçün son səylərindən ilhamlanan sülh müqaviləsi layihəsi üzərində işləyir.
 
Bu arada Zelenski ABŞ prezidentinin nümayəndəsi Uitkofla görüşüb danışıqlar aparmaq üçün İstanbula gəlib. Danışıqlara gəlməkdən imtina edən Rusiya isə Ukraynanı bombalamaqda və insan itkilərinə səbəb olmaqda davam edir...
 
Görəsən, Trampın heç olmasa, gələn ilin sonunadək Ukrayna savaşı ilə bağlı ədalətli(!) sülhə nail olacağı ehtimalı varmı?..
 
Mövzu ulə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:
 
Donald Trampın Ukrayna-Rusiya müharibəsi ilə bağlı göstərdiyi səylər hələ ki, heç bir müsbət nəticə vermir. Baxmayaraq ki, ABŞ prezidenti müharibəni çox qısa zaman ərzində bitirə biləcəyini demişdi, İndiyədək o, Rusiyaya çox güzəştlər edirdi. Lakin bunun heç bir real nəticəsi olmadı - Putin bütün beynəlxalq təşəbbüsləri geri çevirdiyi kimi, Trampın da cəhdlərini əlinin arxası ilə geri itələdi... 
 
Mən Qəzza bölgəsində də hansısa gerçək uğuru görmürəm. Qəzzaya, digər Fələstin ərazilərinə bu gün də İsrailin hücumları davam edir, dağıntı və insan itkiləri var. Dünən Birləşmiş Ştatların irəli sürdüyü Qəzza sülh planı BMT TŞ-də qəbul edilərkən Rusiya və Çin bitərəf qaldılar, “HƏMAS” həmin sənədi tanımadı. Göründüyü kimi, Vaşinqton qarşısına qoyduğu sülh yaratmaq ilə bağlı məqsədlərinə çata bilməyib... 
 
Birləşmiş Ştatlar üçün Qərbin, Avropanın və Ukraynanın maraqları önəmli deyil. Tramp bu müharibəyə də beynəlxalq təhlükəsizliyin, sülhün, hamılıqla qəbul edilmiş hüquq normalarının təminindən daha çox ticari və iqtisadi divident kimi yanaşır. Özü və ABŞ üçün yüksək mənfəət və gəlirlər əldə edilsin, Rusiya ilə əlverişli sövdələşməyə nai olunsun... 
 
Kreml hətta ərazi əvəzinə sülh təklifinə də razılaşmadı. Putin Trampın biznesmen olduğunu yaxşı dərk etdiyindən hələ də özünü  dialoq tərəfdarı kimi göstərərək bütün qapıları bağlamır. Manipulyasiyalar üçün əlyeri qoyur. Bu gün Türkiyədə prezident Zelenskinin müharibənin həlli ilə bağlı təklif paketi masaya qoyulur. Burda bəzi humanitar məsələlər də var . Lakin Rusiya bu təmaslarda imtina etdi.  Demək, Kreml danışıqlara hazır deyil. Bunu cəbhə xəttində hücumlarını artırmaqla, mülki, diplomatik obyektləri və infrastrukturları vurmaqla bir daha göstərdi. Onu da qeyd etmək lazımdır ki, Birləşmiş Ştatların Avropadakı müttəfiqlərinin mənafeləri nəzərə alınmadan Rusiya ilə apardığı separat danışıqlar həllə doğru aparan yol olmayacaq. Çünki bu müharibə Aİ-nın, ümumilikdə kollektiv Qərbin təhlükəsizlik məsələsidir. Qərb isə öz milli maraqlarını və təhlükəsizliyini Trampın biznes maraqlarına, Birləşmiş Ştatların çıxarılarına qurban verə bilməz. Odur ki, prosesdə Ukraynanın və Qərbin digər dairələrinin, xüsusən də Avropanın iştirakı olmadan heç bir sülhdən danışmaq mümkün deyil...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər