“Dövlətin juranlistlərə qayğısı onları kiməsə və ya nəyəsə xidmətə məcbur etmir”
Ekskluziv
425
15:59, Bu gün

“Dövlətin juranlistlərə qayğısı onları kiməsə və ya nəyəsə xidmətə məcbur etmir”

Cahangir Məmmədli: “Azərbaycanın “Media haqqında” qanun o qədər mükəmməldir ki...”

“Bəzən deyirlər ki, dövlətin göstərdiyi qayğı jurnalistin fəaliyyət sərbəstliyini hansısa dərəcədə məhdudlaşdıra bilər. Amma bu, qətiyyən belə deyil”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, “Media haqqında” qanun jurnalistlərin azad və sərbəst fəaliyyətini təmin edir:

“Azərbaycanın “Media haqqında” qanun o qədər mükəmməldir ki, o qanun bəs edir ki, jurnalistlər istənilən halda sərbəst fəaliyyət həyata keçirsinlər. Bizim jurnalistlərimiz müstəqildirlər. Bu gün Azərbaycan özünün 300-400 illik inkiaf tarixinin ən yüksək zirvəsindədir. Jurnalistlərimizin hamısı bu inkişaf modelini yaradan Prezidentimizin yanındadırlar.

Dövlətin juranlistlərə qayğısı onları hər hansı ideoloji sistemə xidmətə məcbur etmir. Biz özümüz, jurnalistlərimiz dövlətimizin yanındadır və hər zaman da belə olacaq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər