Zelenski artıq gecədən İstanbuldadır...-Trampın nümayəndəsi də gələcəkmi?..
Ekskluziv
523
07:27, Bu gün

Zelenski artıq gecədən İstanbuldadır...-Trampın nümayəndəsi də gələcəkmi?..

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün- noyabrın 19-u gecə saatlarında Türkiyəyə gəlib. İstanbulda bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu barədə "TSN" məlumat yayıb.
 
Dövlət başçısı əvvəllər danışıqların intensivləşdirildiyini və Ukrayna tərəfinin türk tərəfdaşlarına təqdim edəcəyi hazır qərarları açıqlayıb.
 
Prezidentin sözlərinə görə, səfərin əsas prioritetlərindən biri müharibəyə son qoymaq, eləcə də mübadilələrin bərpası və ukraynalı hərbi əsirlərin qaytarılmasıdır. Ayrı bir bölmədə Ukrayna ilə Türkiyə arasında humanitar məsələlər və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq.
 
İstanbulda Zelenskinin Türkiyə liderləri ilə yanaşı, ABŞ-ın xüsusi elçisi Stiv Vitkofla da görüşməsi gözlənilir. Rusiya Federasiyasının nümayəndələri bu danışıqlarda iştirak etməyəcəklər.
 
Qeyd edək ki, Zelenskinin İstanbula gəlməyindən az öncə
 ABŞ-ın "Axios" nəşri  guya Vitkofun Türkiyə səfərini təxirə saldığını bildirib. 
 
Ukrayna Ankaraya və ABŞ tərəfinə mübadilə proseslərinin bərpası üçün yenilənmiş mexanizmlər, eləcə də ədalətli sülhə doğru irəliləyişi asanlaşdıracaq gələcək addımlar üçün modellər təklif etməyə çalışır.
 
Türkiyə vəziyyətin həllinə və Ukraynaya beynəlxalq dəstəyin gücləndirilməsinə yönəlmiş diplomatik səylərdə əsas rol oynamağa davam edir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər