Artıq dördüncü ildir ki, Rusiya-Ukrayna müharibəsi bütün şiddəti ilə davam edir.
Maraqlıdır, cəbhə xəttində hazırkı vəziyyət necədir və proseslərin bundan sonrakı gedişatı hansı məcrada inkişaf edə bilər?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə müharibədə Rusiyanın üstünlüyünü vurğulasa da, Qərbin dəstəyi ilə vəziyyətin Ukraynanın xeyrinə dəyişə biləcəyini qeyd edib:
“Hələlik Rusiya Ukraynanı üstələyir. Rusiyanın insan ehtiyatı, silahı, pulu daha çoxdur.
Proseslərin bundan sornakı gedişatı Qərbdən asılıdır. Əgər Qərb Ukraynaya dəstəyini gücləndirsə, o zaman vəziyyət Ukraynanın xeyrinə dəyişəcək. Avropa anlamalıdır ki, Ukraynanın məğlubiyyəti Qərbin məğlubiyyəti deməkdir. Əks halda, müharibə Rusiyanın üstünlüyü şəraitində davam edəcək”.
Seymur ƏLİYEV