Bizi sosial şəbəkələrdən izləyin:
"Hörmətli Vaqarşapat geniş icmasının seçiciləri, hamınızın qarşısında baş əyirəm və hamınızı ilk növbədə demokratik seçkilər münasibətilə təbrik edirəm".
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə baş nazir Nikol Paşinyan yazıb.
“Siz seçdiyiniz zaman bir sıra mühüm qərarlar qəbul etdiniz:
1. Siz “Vətəndaş sazişi” partiyasının namizədi Argişti Mexaki Mexakyanı icma rəhbəri seçərək, sülhsevər, firavan və demokratik Ermənistan Respublikasının şəhidlərimizin xatirəsini əbədiləşdirməyin ən yaxşı yolu, onların xatirəsinə ən böyük ehtiram olduğunu təsdiqlədiniz.
2. Siz “Vətəndaş sazişi”("VS" partiyasının dövlətçiliyimizin, müstəqilliyimizin, suverenliyimizin, azadlığımızın möhkəmləndirilməsi strategiyasına sarsılmaz dəstək nümayiş etdirdiniz.
3. Siz öz səslərinizlə müqəddəs ziyarətgahımız olan Müqəddəs Eçmiədzinin ana taxtının Ktriç Nersisyandan( "bütün ermənilərin katolikosu" Qaregin-S.L.) azad edilməsi prosesinə mühüm təkan verdiniz.
4. “VS”iin icmanızda əvvəlki dövrdə gördüyü işləri yüksək qiymətləndirirdiniz və buraxılmış səhvləri bağışladınız. Bu səhvlərə görə hamınızdan üzr istəmək istəyirəm.
Mən Arqişti Mexakyanı Vaqarşapatın genişləndirilmiş icmasının rəhbəri seçilməsi münasibətilə təbrik edirəm və Vaqarşapat sakinlərini təvazökar, lakin menecer kimi effektivliyini sübut etmiş Mexakyanın seçilməsi münasibətilə təbrik edirəm.
“VS” partiyasından olan bütün həmkarlarımı təbrik edirəm, bütün Ermənistan vətəndaşlarını 2026-cı il ümummilli seçkilərinə bu gurultulu müqəddiməyə görə təbrik edirəm.
Ermənistan xalqı 2026-cı il parlament seçkilərində qalib gələcək”, - deyə baş nazir yazıb.