Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan - hamısı Eçmiədzində məğlub oldu...-ARAİK ARUTYUNYAN
1598
17 Nov 2025 | 07:45

Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan - hamısı Eçmiədzində məğlub oldu...-ARAİK ARUTYUNYAN

"Bu qələbə 2026-cı ilə qədər bizim üçün çox vacib idi".
 
Moderator.az xəbər verir ki, bunu Ermənistan baş nazir aparatının rəhbəri Araik Arutyunyan "Vətəndaş sazişi" partiyasının qərargahında Ermənistanda keçirilən yerli özünüidarəetmə seçkilərində hakim partiyanın Vagarşapat (Eçmiədzin) şəhərində qələbə qazanmasını şərh edərkən bildirib. 
 
"Bizim siyasi sahəmizin bütün qüvvələri - Robert Köçəryan, Serj SƏrkisyan, Samvel Karapetyan, Artur Vanetsyan - hamısı Eçmiədzində məğlub oldular və Ermənistan Respublikasında da məğlub olacaqlar", - deyə Arutyunyan bəyan edib.
 
Xatırladılır ki, ilkin məlumatlara görə, Vaqarşapat seçkilərində “VS” partiyasının namizədi Argişti Mexakyan qalib gəlib.
Link kopyalandı!
Son xəbərlər