“Azərbaycan qlobal rəqabət meydanına əliyalın çıxa bilməz”
Ekskluziv
348
22:10, Bu gün

“Azərbaycan qlobal rəqabət meydanına əliyalın çıxa bilməz”

“Azərbaycan yüksək texnologiya və elmi yeniliklər dünyası olan müasir rəqabət meydanına əliyalın çıxa bilməz”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Azərbaycan müasir dünyada öz mövqeyini möhkəmləndirmək üçün yeni ideya və tapıntılarla çıxış etməlidir:

“Biz qlobal rəqabət meydanına hazırlıqsız – lazımi texnologiya və elmə yiyələnmədən çıxsaq əlverişssiz vəziyyətdə olacağıq. Bizim intellektual kəsimin nümayəndələri bu məsələdə hazırlıqlı olsalar, öz səriştələrini sərgiləyə bilsələr, o zaman bu, Azərbaycana beynəlxalq arenada güc və ehtiram qazandırar. Yeni baxış, yeni ideya, yeni tapıntılar ortaya qoymağımız vacibdir. Bu baxımdan Azərbaycan dövləti ciddi addımlar atır. Bizim bütün Dövlət Proqramlarımızda insan kapitalı ən ali məqsəd kimi önə çıxarılıb. Lakin bu məsələdə cəmiyyət olaraq da ciddi aktivlik sərgiləməyimiz vacibdir.

Biz gənc kadrların hazırlığına daha çox diqqət yetirməliyik. Onların hazırlığı elə səviyyədə olmalıdır ki, nə onlar özlərini natamam hiss etsinlər, nə də dövlətimiz texnoloji baxımdan qabqcıl ölkələrdən geri qalsın”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər