“TDT gələcək qlobal proseslərə böyük təsir mexanizminə çevrilə bilər”
Ekskluziv
209
18:38, Bu gün

“TDT gələcək qlobal proseslərə böyük təsir mexanizminə çevrilə bilər”

“Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri olduqca böyük əhəmiyyət daşıyır”.

Bunu Moderator.az-a açıqlamasıdna politoloq Elçin Xalidbəyli bildirib. Ekspert qeyd edib ki, bu kimi səfərlər ümumilikdə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində birlik və əməkdaşlığın gücləndirilməsi baxımından həyati əhəmiyyətə maikdir:

“Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları üzərində vahid strateji tərəfdaşlıq xəttinin qorunmasında Azərbaycann həlledici rolu mövcuddur. Buna qədər Azərbaycan prezidenti dəfələrlə Orta Asiya ölkələrinə səfər edib. Bu səfərlərin hamısı strateji əhəmiyyət daşıyıb. Özbəkistana səfər də geopolitik, geostrateji əhəmiyyətə malikdir.

Azərbaycan TDT-nin qlobal məkanda siyasi iradə sahibi olması baxımından xüsisi strategiya yürüdən dövlətdir. Bu strategiyanın  əsas hədəfi odur ki, türk dövlətləri qlobal məkanda avanqard beynəlxalq qurum kimi qlobal problemlərin həllində əsas söz sahibinə çevrilsin. Bu  baxımdan İlham Əliyevin son açıqlamasında Azərbaycan və Orta Asiya ölkələri arasında tərəfdaşlığa xüsusi vurğu yönəltməsi rəsmi Bakıənın gələcək hədəflərinin nə qədər ciddi olduğunu göstərir.

Onu da nəzər almaq lazımdır ki, TDT-ə daxil dövlətlər arasında siyasi-iqtisadi və milli-mədəni tərəfdaşlığın ən yüksək hdədə çatması gələcək türk dünmyası inteqrasiyasının təməl bazasını təşkil edir. TDT-ə daxil dövlətlərin iqtisadi inkişfı, siyasi vəhdəti, milli-mədəni bağlılığı gələcək qlobal proseslərə böyük təsir mexanizminə çevrilə bilər. Böyük ehtimalla yaxın gələcəkdə biz bütün bu proseslərin real nəticəsini yeni dünya düzəninin formalaşma prosesində daha qabarıq şəkildə müşahidə edəcəyik”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər