“Artıq Ermənistanla sərhədin açılması məsələsi “olmazsa-olmaz” prinsipi çərçivəsində həll edilmir...”
Ekskluziv
692
13:00, Bu gün

“Artıq Ermənistanla sərhədin açılması məsələsi “olmazsa-olmaz” prinsipi çərçivəsində həll edilmir...”

“Rəsmi Ankara Ermənistan hökumətinin ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılmasından məmnun qalıb...”
 
"Zənnimcə, Türkiyə və Ermənistan arasında danışıqlar intensiv gedir və xeyli də yaxınlaşma var. Hazırda iki ölkənin sərhədində iki sərhəd-keçid  məntəqəsi mövcuddur: biri Marqara, digəri isə Əlibəylidir. Bu məntəqələrin açılması və sərhəd gediş-gəlişinin təmin edilməsi gündəmdədir və müzakirə mövzusudur.
Çünki hər iki tərəfin razılığı var”. 
 
Politoloq Qabil Hüseynli bu fikirləri Moderator.az-a açıqlamasında yanvar ayında Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı iddialara münasibət bildirərkən səsləndirib.
 
“Rəsmi Ankara Ermənistan hökumətinin ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılmasından məmnun qalıb. Artıq Ermənistanın eyni rəmzin dövlət gerbindən də çıxarılması haqda təşəbbüslər səslənir.  Türkiyə tərəfi bunu normal hesab  edir və sərhədləri açmaq niyyətindədir. Ermənistanla diplomatik nümayəndəliklərin açılmasını isə bu ölkə ilə Azərbaycan arasında sülh sazişinin bağlanmasına qədər təxirə salınır. Artıq Azərbaycan-Ermənistan sülh sazişinin bağlanması məsələsi bu mənada Ankaranın gündəmində dayanmır. Yəni sərhəd məsələsi Anadolu üslubunda desək, “olmazsa-olmaz” prinsipi çərçivəsində həll edilmir... 
 
Bir sözlə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi və inkişafı sürətlə davam edir. Və mən əminəm ki, yanvar ayında olmasa da, yaxın vaxtlarda iki ölkənin sərhəd-keçid məntəqələrinin açılması mümkündür", - deyə davamında Qabil Hüseynli vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər