“Beynəlxalq logistika mərkəzinə çevrilməyimiz bəzi qüvvələri qıcıqlandırır, DTX-ya gəlincə...”
Ekskluziv
254
14:55, Bu gün

“Beynəlxalq logistika mərkəzinə çevrilməyimiz bəzi qüvvələri qıcıqlandırır, DTX-ya gəlincə...”

“Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır”.

Bunu Xankəndi şəhərində keçirilən türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev deyib. DTX rəhbəri həmçinin, beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı rola da toxunub.

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Azərbaycanın beynəlxaql logistika mərkəzinə çevrilməsinin bəzi qüvvələrdə qıcıq doğurduğunu bildirib:

“Azərbaycanın dünyanın logistika qovşağına çevrilməsinə paxıllıq edən, buna mane olmağa çalışan qüvvələr var. Hesab edirəm ki, bura ilk növbədə Rusiyanı aid etmək lazımdır. Rusiya həm Xəzər dənizindən, həm də Azərbaycan ərazisindən  Orta Asiya respublikalarından gələn logistik komponentlərin keçməsini həzm edə bilmir. Bəzi dövlətlərin də bu məsələyə yanaşmasında ögey münasibət hiss olunur. Azərbaycanın logistika qovşağı kimi rolunun artması İran tərəfindən də ciddi qısqanclıqla qarşılanır.

Ortada bir sıra probemlər olsa da, Azərbaycan bu problemlərin öhdəsindən gələrək irəliləyir. Bu məsələdə bizim xüsusi xidmət orqanlarımız da böyük fədakarlıq göstərirlər. Beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsində DTX-nın üzərinə böyük məsuliyyət düşür ki, bugünə qədər ötən zaman adıçəkilən qurumun öz işinin öhdəsindən uğurla gəldiyini göstərir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər