Amerika Venesuelaya qarşı hərbi əməliyyata başladı...-Tramp əmr verdi...
Ekskluziv
281
07:22, Bu gün

Amerika Venesuelaya qarşı hərbi əməliyyata başladı...-Tramp əmr verdi...

ABŞ, ABŞ administrasiyasının rəsmi açıqlamalarına görə, Venesuela yaxınlığında narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədi daşıyan genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edib.
 
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Naziri Pit Heqset bildirib
 
"Prezident Tramp hərəkətə keçmək əmrini verib və Müdafiə Nazirliyi onu icra edir", - Heqset bəyan edib.
 
O, əməliyyatın əhəmiyyətini vurğulayıb: "Cənub nizəsi" birgə işçi qrupu və Cənub komandanlığının komandanlığı altında bu missiya vətənimizi qoruyur, yarımkürəmizi narko-terrorçulardan təmizləyir və vətənimizi insanlarımızı öldürən narkotiklərdən qoruyur. Qərb yarımkürəsi bizim evimizdir və biz onu qoruyacağıq",-deyə Pentaqon rəhbəri əməliyyatın vacibliyini vurğulayıb.
 
Bu qərar 11 noyabrda Ağ Evdə keçirilən görüşdən sonra qəbul edilib. Görüş zamanı Birləşmiş Qərargah Rəislərinin sədri Den Keyn və digər yüksək vəzifəli hərbi liderlər Prezident Donald Trampa regionda mümkün hərbi əməliyyat ssenarilərini təqdim ediblər. Nəzərdən keçirilən variantlar arasında Venesuelaya mümkün quru zərbələri də olub.
 
Əməliyyatın miqyası Cənub komandanlığının məsuliyyət zonasında ABŞ hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə artması ilə sübut olunur.
 
Bir müddət öncə Venesuela Prezidenti Nikolas Maduronun silahlı qüvvələrin kütləvi səfərbər edilməsi əmrini verdiyi bildirilmişdi.
 
Daha əvvəl ABŞ-ın "Gerald Ford" təyyarə daşıyan gəmisi başda olmaqla aviadaşıyıcı zərbə qrupunu Karib dənizinə göndərərək Latın Amerikasındakı hərbi mövcudluğunu gücləndirdiyi haqda xəbər verilib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər