Türkiyə təyyarəsinin faciəsiylə eyni gündə baş vermiş Pakistandakı terror aktı arasında bağlılıq ola bilərmi?..-Siyasi şərhçi
Ekskluziv
756
18:08, Bu gün

Türkiyə təyyarəsinin faciəsiylə eyni gündə baş vermiş Pakistandakı terror aktı arasında bağlılıq ola bilərmi?..-Siyasi şərhçi

“Bir daha sübut olundu ki ,Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını,  dostluğunu və müttəfiqliyini zərrə qədər də sarsıtmaq heç bir güc və mərkəzlər  müvəffəq ola bilməz...”
 
“Bakıda keçirilən Zəfərin 5 iliyinə həsr olunmuş hərbi paraddan sonra qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarənin Gürcüstan səmasında qəzaya uğraması ilə eyni gündə Pakistanın paytaxtı İslamabad da məhkəmə binasında baş verən terror aktı bir sıra suallar doğurur. Təbii ki, ilk ağıla gələn suallardan biri də belədir: bu iki hadisənin eyni vaxtda  baş verməsi təsadüfdürmü, yoxsa bunlar hansısa mərkəzlər tərəfindən bilərəkdən həyata keçirilən məqsədli  aktlardırmı?.. Azərbaycanda Zəfərin 5 illiyinə həsr olunmuş hərbi paradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın baş naziri Nəvaz Şərifin iştirakı ilə dünyaya verilən mesajın məkrlə qəbul edənlərin cavabıdırmı?  Təbii ki bütün versiyalar nəzərdən keçirilməlidir. Yalnız ondan sonra konkret qənaətə gəlmək olar”. 
 
Bu fikirləri siyasi şərhçi Əli Orucov Moderator.az-a açıqlamasında “Görəsən, noyabrın 11-də Gəncədən havalanan Türkiyənin "C-130" təyyarəsinin qəzaya uğramasıyla eyni gündə 8 Noyabr paradında iştirak etmiş digər dost ölkənin – Pakistanın paytaxtında da kütləvi ölümlə nəticələnmiş terror aktının baş verməsi arasında bağlılıq ola bilərmi?” sualını cavablandırarkən ifadə edib.
 
“Bütün bu və digər suallara qəzaya uğrayan təyyarənin qara qutusunun və qalıqlarının tədqiqindən, istintaq orqanlarının, ekspertlərin araşdırmalarından sonra aydınlıq gətirilməsi mümkün olacaq. Hesab edirəm ki, ilkin verilən rəylərdən “C-130” hərbi nəqliyyat təyyarəsi kənar təsirlərə məruz qalmayıb. Ola bilsin, qəzaya texniki və elektron nasazlıq və ya təyyarəni təşkil edən materialların istismar müddətini bitirməsi səbəb olsun. Nəzərə alaq ki, həmin təyyarə 60 ilə yaxındır istifadə olunur. Ümid edirəm ki, yaxın zaman kəsiyində əsil həqiqətlər üzə çıxacaq”- deyə davamında Əli Orucov bildirib. 
 
“Yeri gəlmişkən, Pakistanda gerçəkləşdirilən terror hadisəsinin arxasından Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal islamçı “Taliban” silahlı  qruplaşması çıxdı. Əfqanıstan İslam Əmirliyi ilə Pakistan İslam Respublikası arasındakı ixtilafların kökləri dərindir. Pakistandakı idarəetmə və məhkəmə formaları taliblərin xoşuna gəlmir. Digər ziddiyyətlər də mövcuddur. Bir müddət əvvəl hər iki dövlət arasında lokal silahlı toqquşmalar da yaşandı. Qətər və Türkiyənin vasitəçiliyi ilə bu toqquşmaların genişmiqyaslı dağıdıcı müharibəyə çevrilməsinin qarşısı alındı. Görünür, hansısa qüvvələr iki islam dövlətini bir birinə qırdırmağa və üz-üzə qoymağa çalışır,  İslam dünyasının birləşməsinə inteqrasiyasına və güc mərkəzinə çevrilməsinə maneçilik törədilməsi istiqamətində fəal iş aparılır. Təəssüflər olsun ki hər iki faciə baş verdi. Ancaq bununla belə, bir daha sübut olundu ki ,Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını,  dostluğunu və müttəfiqliyini zərrə qədər də sarsıtmaq heç bir güc və mərkəzlər  müvəffəq ola bilməz”, - deyə siyasi şərhçi yekunlaşdırıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər