“Azərbaycanda institusional islahatlar dərinləşir”
Ekskluziv
914
17:36, Bu gün

“Azərbaycanda institusional islahatlar dərinləşir”

“Prezident İlham Əliyev dünən Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndənin və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıların qəbulu zamanı bir daha məmurların fəaliyyəti ilə bağlı tapşırıqlarını verdi.  Hazırda, bölgələr ilə Bakı arasındakı iqtisadi balansın yaradılması əsas hədəflərdəndir”.

Bunu Moderator.az-a açıqlaamsında millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, kadr dəyişiklikləri cidi mətləblərədn xəbər verir:

“Dövlət başçısının qeyd etdiyi kimi, artıq bölgələrimizdə infrastrukturun formalaşması mərhələsi başa çatıb. İndi həmin infrastrukturun daha çox dəyər yaratması üçün bölgələrimiz sərmayələrin cəlbinin artırılması vacibdir.

Regionlarda biznesin inkişafı həmçinin yeni iş yerlərinin yaradılması baxımdan da vacibdir. Hazırda, iri sahibkarlıq subyektlərinin 80 faizə yaxını Bakı şəhərinin payına düşür. Orta  sahibkarların 65.0 %-i, kiçik sahibkarlıq subyektlərinin 70,0%-i, mikro sahibkarlıq subyektlərinin isə 68,0%-i paytaxtda fəaliyyət göstərir. Bu isə ondan xəbər verir ki, bölgələrə sahibkarların cəlbi baxımdan yerli səviyyədə fəaliyyətlərin genişləndirilməsi daha da aktualdır.

Yeni təyinatlarda gözləntilər də məhz Azərbaycanda balanslı iqtisadiyyatın dəstəklənməsinə töhfənin artırılmasıdır. Bu yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Yeni sərmayələr məhz bu prioritetə daha qısa zamanda çatmağa dəstək olacaq.

Son təyinatlar bir daha təsdiq etdi ki, Azərbaycanda institusional islahatlar dərinləşir. Kadr təyinatları isə islahatların dərinləşməsində əsas faktorlardan biri kimi çıxış edir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər