“Bu, dövlətimizin mediaya diqqət və qayğısının növbəti göstəricisidir”
Ekskluziv
413
16:44, Bu gün

“Bu, dövlətimizin mediaya diqqət və qayğısının növbəti göstəricisidir”

Məlum olduğu kimi, saytlara maliyyə dəstəyinin məbləği 3 min manatdan 5 min manata qaldırılıb. Belə ki, bu gün Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək üçün müsabiqə elanında bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli bunu dövlətin milli mediaya qayğısı kimi xarakterizə edib:

“Şübhəsiz, onlayn mediaya maliyyə dəstəyinin 3 min manatdan 5 min manata qaldırılması dövlətimizin mediamıza olan diqqət və qağyğısına dəlalət edir. Bu fakt bir daha onu göstərir ki, jurnalistlərimiz, saytlarımız daim dövlətimizin diqqət mərkəzindədir. Prezidentimiz jurnalistlərimizin sosial rifahının yüksəldilməsi, media orqanlarının maddi təminatının yaxşılaşması üçün bütün mümkün imkanlardan istifdə edir.

Biz buna görə dövlətimizə, Müzəffər Ali Baş Komandanımıza öz təşəkkürümüzü bildiririk. Əminliklə qeyd edirik ki, jurnalistlərimiz bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin yanında olacaq, Prezidentimizin hər bir çağırışını qətiyyətlə dəstəkləyəcək, vətənə fədakarcasına xidmət edəcəklər”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər