Müasir yollar, nəhəng tunellər, əzəmətli körpülər ölkəsi: AAYDA Azərbaycanın simasını necə dəyişir?
Ekskluziv
510
15:00, Bu gün

Müasir yollar, nəhəng tunellər, əzəmətli körpülər ölkəsi: AAYDA Azərbaycanın simasını necə dəyişir?

Hər bir ölkənin iqtisadi yüksəlişində müasir infrastrukturun, xüsusilə də yolların mühüm önəm kəsb etdiyi birmənalıdır. Təsadüfi deyil ki, yol faktoru bütün dünyada mədəniyyət və iqtisadi gücün əsas göstəricisi hesab edilir.

Sevindiricidir ki, son illər ölkəmizdə bu sahədə son dərəcə böyük irəliləyişlər baş verməkdə, dinamik inkişaf müşahidə edilməkdədir. Bu inkişafın nə qədər sürətli və miqyaslı olduğunu anlamaq üçün işğaldan azad edilən ərazilərdimizdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən infrastruktur layihələrinə nəzər salmaq kifayətdir.

727 körpü və yol ötürücüsü, 73 tunel və 163 piyada keçidi

Hər şeydən öncə qeyd edək ki, cari ilin yanvar ayının məlumatına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlar əsassında, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə AAYDA tərəfindən ümumi uzunluğu 3 382,6 km təşkil edən 44 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Bunlardan 1076,1 km respublika, 2306,5km isə yerli əhəmiyyətli yollardır. Artıq sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb ki, bu da bir neçə yaşayış məntəqəsinin ərazisini əhatə edir.

Onu da qeyd edək ki, Son 20 ildə 727 körpü və yol ötürücüsü, 73 tunel və 163 piyada keçidi inşa edilib ki, bu da AAYDA-nın yüksək məhsuldarlığının göstəricisidir.

AAYDA tərəfindən işğaldan azad edilən ərazilərdə inşa edilən yol və körpülər mühüm strateji əhəmiyyəti ilə diqqət çəkir. Hansı ki, bu yolların açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib, görülən işləri yüksək qiymələtdirib.

Cari ilin 3 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirakı buna nümunədir. Məlumat üçün qeyd edək ki, sözügedən yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq ki, bu da kifayət qədər ciddi göstəricidir. AAYDA-nın saytında yolun texiki göstəriciləri haqqında deyilir:

“Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir”.

“Müasir yol infrastrukturu işğaldan azad edilən ərazilərdə iqtisadiyyat və turizmin inkişafına geniş imkanlar açır”

Mütəxəssislər hesab edir ki, işğaldan azad edilən ərazilərdə müasir tələblərə cavab verən avtomobil yollarının inşası, infrastrukturun yüksək səviyyədə təşkili həm bu bölgədə iqtisadiyyatın inkişafına imkan verəcək, həm də məlum coğrafiyanın turizm potensialını artıracaq.

Millət vəkili Vüqar Bayramov saytımıza açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən işlər, o cümlədən infrastruktru layihələri bu coğrfiyada iqtsiadiyyat və turizmin inkişafı üçün geniş imkanlar açır:

“Qarabağ və Şərqi Zəngəzurun bərpası, bu ərazilərin yenidən məskunlaşması iqtisadi inkişafımız üçün yeni imkanlar yaradır.

Cənab Prezidentin səfərləri də göstərir ki, bu ərazilərdə böyük inkişaf mövcuddur. Separatizmin kökünün kəsilməsi, işğaldan azad edilən ərzilərin sürətlə məskunlaşdırılması, burada istehsal müəssisələrinin, yeni təsərrüfatların formalaşdırılması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün ciddi perspektivlər vəd edir. İşğaldan azad edilən ərazilərdə beynəlxalq standartlara cavab verən yol və körpülərin inşası, çoxşaxəli nəqliyyat sisteminin yardılması da bu prosesə ciddi təkan verən amillərdir.

Hazırda biz bu bölgədə turzim də daxil olmaqla, fərqli iqtisadi sektorların inkiaşfını müşahidə edirik. Artıq 50 mindən artıq vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurdə işləyib çalışır. Bu rəqəm durmadan artır. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının əsas inkişaf mərkəzlərindən biri Qarabağ və Şərqi Zəngəzur olacaq”.

“Yollarımız iqtisadi gücümüzün göstəricisidir”

Millət vəkili Elman Məmmədov da işğaldan azad edilən ərazilərdə görülən işlərin heyrətamiz olduğunu bildirib:

“Erməni faşizmindən azad edilən ərazilərdə həyata keçirilən infrastruktur layihələri, inşa edilən müasir yollar və körpülər sözün həqiqi mənasında heyrətamizdir. Bu işlər Azərbaycan xalqının qurub-yaratmaq əzmi ilə yanaşı, həm də dövlətimizin iqtisadi gücünü göstərir.

İşğaldan azad edilən ərazilərdə çoxşaxəli müasir yolların inşası həm sərnişin, həm də yük daşınmlarının sürətli şəkildə təşkilinə imkan verir ki, bu da insanlarımızın rahatlığı, yüklərin sürətli daşınması, regionda turizmin inkişafı və s.ş baxımnından mühüm əhəmiyyətə malikdir”.

Onu da qeyd edək ki, AAYDA yalnız işğaldan azad edilən ərazilərdə deyil, respublikamızın digər bölgələrində də böyük və respublika miqyaslı layihələr həyata keçirməkdədir. Buna nümunə olaraq Böyükşor-Pirşağı yolunda görülən işləri göstərmək olar.

Məlum olduğu kimi, 7 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib, görülən işləri məmnunluqla qarşılayıb. Mediada yer alan məlumatda deyilir:

“Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.

Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.Layihəyə əsasən yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb.

Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb.Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub”.

Bütün bu deyilənlər sübut edir ki, AAYDA yalnız işğaldan azad edilən ərazilərin deyil, ümumilikdə bütün respublikamızın simasını əsaslı şəkildə dəyişir, onun sürətli inkişafına ciddi töhfə verir. Bu isə o deməkdir ki, AAYDA dövlət başçısnın tapşırıq və göstərişlərini uğurla icra etməklə yanaşı xalqın, vətəndaşın gözləntilərini də müvəffəqiyyətlə doğrultmaqdadır.  

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər