Bizi sosial şəbəkələrdən izləyin:
"... Məlum olur ki, Nikol Paşinyan həm də komanda yoldaşlarının şəxsi həyatına nəzarət edir..."
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında "Hraparak" yazıb.
"Bizə dedilər ki, Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan edib. Bu yaxınlarda komanda yoldaşlarından biri ona belə bir qərar verdiyini bildirib: o, həyat yoldaşından boşanaraq yeni həyata başlamaq istəyir. Paşinyan isə bunu əldə əsas götürərək bildirib ki, "Vətəndaş sazişi" partiyasında boşanmaların limiti artıq tükənib və daha heç kimin boşanmağa haqqı yoxdur- ictimaiyyətin gözündə daha da aşağı düşməməliyik..."- deyə davamında erməni nəşri bildirir.
S.Laçın