Türk ordusunun ən çox qəzaya uğrayan təyyarəsi: CASA-nın qaranlıq tarixi
Ekskluziv
703
11:37, Bu gün

Türk ordusunun ən çox qəzaya uğrayan təyyarəsi: CASA-nın qaranlıq tarixi

Türkiyə Gürcüstandan gələn acı xəbərlə sarsıldı. 

Qardaş ölkənin Milli Müdafiə Nazirliyi hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 əsgərin şəhid olduğunu açıqladı.

Yaşanan bu faciə Türk Hərbi Hava Qüvvələri tarixində daha əvvəl baş vermiş oxşar hadisələri yenidən gündəmə gətirdi.

Türk Hərbi Hava Qüvvələrinin ən çox qəzaya uğrayan modellərindən biri kimi tanınan CASA tipli hərbi nəqliyyat təyyarələri əvvəllər də çox sayda insan itkisinə səbəb olub. Ən böyük faciə isə 2001-ci il may ayının 16-da Malatyanın Akçadağ rayonunda yaşanıb.

Diyarbəkir 2-ci Taktiki Hava Qüvvələri Komandanlığına bağlı 8-ci Ana Jet Bazasından qalxan və içərisində, 6-sı Xüsusi Qüvvələr Birliyinin üzvü olmaqla, 34 nəfərin olduğu CASA CN-235 tipli təyyarə idarəetmədə yaranan nasazlıq nəticəsində sol qanadı üzərinə aşaraq yerə çırpılmışdı. Təyyarə Akçadağ rayonuna 10 kilometr məsafədə yerləşən Güzyurdu və Yağmurlu kəndləri arasındakı boş əraziyə düşmüşdü. Qəzada 1 mayor, 3 kapitan, 3 leytenant, 16 başçavuş, 1 mütəxəssis çavuş və 10 əsgər olmaqla 34 hərbçi şəhid olmuşdu. Bu hadisə, Türk Hərbi Hava Qüvvələri tarixində CASA tipli təyyarələrlə yaşanan ən böyük hərbi hava qəzası kimi qeydə alınmışdı.

 

2001-ci ildə CASA tipli təyyarələrlə daha üç qəza baş vermişdi:

1. 19 yanvar 2001-də Kayseridə düşən təyyarədə 3 əsgər şəhid olmuşdu.

2. 18 may 2001-də AnkaraAkıncılar Hərbi Hava Bazasında sınaq uçuşu zamanı təyyarə yerə çırpılmış, 3 ispan və 1 türk mütəxəssis həlak olmuşdu.

3. 17 yanvar 2018-də isə Eskişehirdən təlim uçuşuna çıxan CASA CN-235 tipli təyyarə Ispartanın Yalvaç rayonunda qəzaya uğramış, 2 pilot və 1 texnik şəhid olmuşdu.

Gürcüstandan gələn son qəza xəbəri ilə birlikdəTürkiyə bir daha eyni tip təyyarə ilə yaşanan faciənin dərin hüznünü yaşayır.

Türkiyə Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırma və texniki qiymətləndirmə işlərinin davam etdiyini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər