“Azərbaycan Silahlı Qüvvələrinin yüksəlişində Hərbi Prokurorluğun mühüm rolu var”
Ekskluziv
729
11:33, Bu gün

“Azərbaycan Silahlı Qüvvələrinin yüksəlişində Hərbi Prokurorluğun mühüm rolu var”

“8  Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən böyük hadisədir və bu qələbənin dövlətçilik tariximizdə tayı-bərabəri yoxdur”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, zəfərin 5-ci ildönümü münsibətilə keçirilən paradda nümayiş edilən hərbi texnikalar, eləcə də şəxsi heyətin yüksək hazırlığı Ordumuzun sürətlə inkişaf etdiyini göstərir:

“8 Noyabr paradı və bu paradda nümayiş etdirilən hərbi texnikalar, şəxsi heyətin yüksək sıra hazırlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin sürətlə inkişaf etdiyini göstərir. Bu isə sadəcə Azərbaycanda deyil, bütün regionda sülhün və təhlükəsizliyin təminatı deməkdir.

Heç kimə sirr deyil ki, Azərbaycan Silahlı Qüvvələrinin yüksəlişində Hərbi Prokurorluğun da mühüm rolu var. Hərbi Prokurorluq orduda qanunçuluğun və nizam-intizamın güclənməsi, Ulu öndər Heydər Əliyev ideyalarının təbliği, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun qorunub saxlanılması istiqamətində mühüm addımlar atıb, bu yöndə ardıcıl iş aparıb. Hansı ki, bu  fəaliyyət günümüzdə də uğurla davam etdirilməkdədir.

Bu səbəbdən də hesab edirəm ki, ordumuzun inkişafından, Silahlı Qüvvələrimizin tərəqqisindən danışarkən Hərbi Prokurorluğun da əməyi qeyd edilməlidir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər