Paşinyan Karapetyanın qardaşı oğlunun Karlsona müsahibəsinə cavab olaraq kiminlə müsahibə təşkil etməyi tapşırdı?..
Ekskluziv
205
08:50, Bu gün

Paşinyan Karapetyanın qardaşı oğlunun Karlsona müsahibəsinə cavab olaraq kiminlə müsahibə təşkil etməyi tapşırdı?..

““Paşinyan Narek Karapetyanın(Putinin milyarder "desant"ı S.Karapetyanın qardaşı oğlu-S.L.) Taker Karlsonla müsahibəsinin nəticələrindən çox narazı qalıb. Xatırladaq ki, dünən biz öyrəndik ki, kiçik Tramp noyabrın 12-də Ermənistana səfərini ləğv edib və bunda sözügedən müsahibənin rol oynadığı istisna edilmir... ABŞ-da onun haqqında mənfi təəssürat yarandığından Paşinyan Nazeli Baqdasaryan və Ararat Mirzoyana məşhur “Time” jurnalının məşhur jurnalisti Saymon Şusterlə revanş-müsahibə təşkil etməyi tapşırıb".
 
Moderator.az xəbər verir ki, bunu "Hraparak” qəzeti yazır.
 
"O, beynəlxalq ictimaiyyəti müxalifətə qarşı apardığı mübarizənin qanuni olduğuna inandırmaq istəyir və bu yay müxalifət və kilsə nümayəndələrinin hakimiyyəti zorla ələ keçirməyə cəhd etməsi ilə bağlı Amerika platformasında faktlar təqdim etmək qərarına gəlib. Üstəlik, Paşinyan Amerikanın “Time” jurnalına görə “İlin adamı” adına iddialılar siyahısında yer almağa ümid edir. O, hesab edir ki, bu, onun Ermənistan ictimaiyyətinin gözündə reytinqini artıracaq", - davamında erməni nəşri bildirir.
 
"O dedi ki, "maliyyə xərclərindən qorxma, müsahibəni təşkil et. Simon Şuster keçmişdə Navalnı, Zelenski, hətta Lukaşenko ilə də müsahibələr verib", -bunu da "Hraparak" diqqətə çatdırıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər