“Ankara və İslamabad bütün istiqamətlərdə Bakı ilə birgə hərəkət edəcək”
Ekskluziv
935
20:06, Bu gün

“Ankara və İslamabad bütün istiqamətlərdə Bakı ilə birgə hərəkət edəcək”

8 Noyabr paradında Azərbaycanla yanaşı, Türkiyə və Pakistan hərbçilərinin də iştirak etməsi, Azərbaycanla həmrəylik sərgiləməsi bütün dünyada böyük maraqla qarşılanıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva Türkiyə və Pakistanı Azərbaycanın əzəli-əbədi müttəfiqləri kimi xarakterizə edib:

“Azərbaycanın şanlı zəfərinin beş illik yubiley paradı adımıza, şanımıza layiq şəkildə keçirildi. Türkiyə və Pakistan Azərbaycanın ən yaxın müttəfiqi sayılır. Bu paradda hər iki ölkə hərbçilərinin iştirakı da məhz buna işarədir. Fikrimcə, qarşıdakı illərdə də Ankara və İslamabad bütün istiqamətlərdə Bakı ilə birgə hərəkət edəcək. Eyni zamanda, Pakistan nüvə ölkəsidir.

Türkiyə isə NATO üzvüdür. Azərbaycan isə Qoşulmama Hərəkatının əsas simalarındandır. Düşünürəm ki, növbəti illərdəki paradlarda TDT ölkələrinin hərbçiləri də iştirak edəcək. Bu da Türk Dünyasının yeni - üçüncü hərbi-siyasi qütb kimi doğuluşundan xəbər verir. Pakistan hərbçilərinin Bakıdakı paradda iştirakı onu deməyə əsas verir ki, Azərbaycanın arxasında həm də bir nüvə dövləti dayanır. Bu, Rusiya və İran başda olmaqla bizi istəməyən bütün güclərə siyasi ismarıcdır”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər