Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Qəzzaya göndərmək üçün hərbi briqada hazırlayır - media
Türkiyə Qəzzaya qoşun yeritmək planlarını yekunlaşdırır.
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, "Middle East Eye"-nin məlumatına görə, Ankara bölgəyə 2000 əsgərdən ibarət briqada göndərməyə hazırlaşır.
İsrailin türk qoşunlarının orada yerləşdirilməyəcəyi iddialarına baxmayaraq, Türkiyənin Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi olacaq bir bölmənin formalaşdırılmasını yekunlaşdırdığı bildirilir.
Xatırladılır ki, İsrail hökuməti Türkiyə qüvvələrinin Qəzzada yerləşdirilməsinə qəti şəkildə qarşıdır, Ağ Ev isə hələlik bu məsələ ilə bağlı yekun qərarı açıqlamayıb.