Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində 44 günlük Vətən mharibəsində Türkiyənin Azərbaycana verdiyi diplomatik dəstəklə bağlı maraqlı faktlara diqqət çəkib. Nazir qeyd edib ki, müharibə vaxti Türkiyə hökuməti səfirliklərinə Azərbaycanla bağlı unikal tapşırıq verib. Həin tapşırıqda qeyd edilib ki, Azərbaycandan Türkiyənin səfirliklərinə daxil olan istənilən müraciət dərhal icra olunmalıdır:
“44 gün ərzində Mövlüd Çavuşoğlu (həmin dövrdə Türkiyənin XİN başçısı - red.) beş dəfə Azərbaycana səfər etdi. Türkiyədən səfirliklərinə birbaşa tapşırıq verilmişdi ki, Azərbaycandan hər hansısa bir müraciət olarsa, dərhal icra olunsun. Biz, təbii ki, Türkiyənin başqa ölkələrdəki səfirliklərinə birbaşa müraciət etmirdik, amma bu dəstəyi bilmək belə önəmli idi”.
Ceyhun Bayramovun ictimaiyyiləşdirdiyi bu məlumat dünya diplomatiya tarixi baxımından unikal bir hadisədir. Belə ki, bugünə qədər bəşər tarixində bu və ya buna bənzər bir hadisə olmayib. Rəsmi Ankaranın bütün səfirliklərinə belə bir tapşırıq verməsi qardaş ölkənin Azərbaycana olan sonsuz sevgisinin göstəricisidir və bu fakt iki dövlət arasıdnakı münasibətlərin nə qədər səmimi və etibarlı olduğunu göstərir.
Maraqlıdır ki, Azərbaycanın Türkiyənin bu davranışına qarşılığı da eyni dərəcədə möhtəşəm və əzəmətli olub. Belə ki, Ceyhun Bayramovun sözlərindən məlum olduğu kimi, Azərbaycan Ankaranın məlum tapşırığına rəğmən, bir dəfə də olsun Türkiyənin digər ölkələrdəki səfirliklərinə bilavasitə xahiş ünvanlamayıb. Bütün xahişlər mərkəzi hökumətə edilib. Hansı ki, Azərbayan tərəfi Ankaranın sözügedən göstərişini əsas tutaraq Türkiyənin digər ölkələrdəki səfirliklərinə birbaşa da müraciət edə bilərdi və bu, rəsmi Bakıya daha çox zaman qazandırardı. Lakin Bakı Türkiyənin bu etimadından diplomatik etiket daxilində faydalanmağı lazım bilib və bununla sübut edibi ki, ona həqiqətən də etibar etmək olar və o, bu etimada tam layiqdir.
Heç şübhəsiz, Vətən müahribəsinin bir çox reallıqları kimi bu gerçəklik də dünya diplomatiya tarixinə qızıl hərflərlə həkk olunacaq və Azərbaycan-Türkiyə qardaşlığının Vətən müharibəsinin alovlarında bərkiyən rəmzi kimi bəşərin yaddaşında əbədi yer tutacaq.
Seymur ƏLİYEV