Kərkinin Başkəndlə dəyişdirilməsi üçün referendum keçirilməlidir?..
Ekskluziv
509
12:49, Bu gün

Kərkinin Başkəndlə dəyişdirilməsi üçün referendum keçirilməlidir?..

Azərbaycanla anklavlarla bağlı məsələ dəfələrlə müzakirə olunub, belə bir məsələ var və bu, demarkasiya prosesi çərçivəsində qeydə alınmalıdır.
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə Milli Assambleyanın xarici əlaqələr daimi komitəsinin sədri Sarqis Xandanyan brifinq zamanı bildirib.
 
"Yəni, burada gizlədəcək heç nə yoxdur. İndiki mərhələdə mübadilə məsələsi ola bilməz, çünki əvvəlcə anklavların sərhədləri müəyyən edilməlidir, onların nə zaman demarkasiya olunacağı məlum deyil.  Ona görə ki,  sərhədlərin müəyyənləşdirilməsi prosesi hələ də davam etməlidir və o demarkasiya prosesində müəyyən məntiq var. Demarkasiya prosesi davam etməlidir və sərhədlərin müəyyənləşdirilməsi prosesinin hansısa mərhələsində, mən bilirəm ki, məsələnin sonunda, ya da ortada, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı bütün protokollar təsdiqləndikdən sonra bu, anklavlara da toxunulmalıdır”, - deyə o, qeyd edib.
 
Xandanyanın sözlərinə görə, Ermənistanın dövlət sərhədi haqqında müqavilə imzalanmalı və həmin müqavilə ratifikasiya olunmalı, sərhədlərin demarkasiyası işləri aparılmalıdır.
 
"Onda Ermənistan və Azərbaycan anklavlarla bağlı məsələni necə həll edəcəkləri barədə qərar verəcəklər. Əgər birdən-birə hansısa ssenaridə Ermənistan və Azərbaycan arasında ərazi mübadiləsi qərara alınarsa, Ermənistan Respublikasının qanunvericiliyinə əsasən bu məsələ referendum olmadan keçirilə bilməz, bunun üçün referendum keçirilməlidir. Hökumətin belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur", - komitə sədri bildirib.
 
Xandanyan xatırladıb ki, demarkasiya komissiyalarının sonuncu iclası sentyabrda baş tutub və bundan sonrakı təmaslar zamanı bu məsələnin müzakirəsi davam etdiriləcək.
 
P.S. Ermənistan parlamentinin komitə sədrinin sözlərindən belə çıxır ki, əgər məsələn, hazırda erməni işğalı altında olan Naxçıvanın Kərki kəndi ilə sovet dövründə anklav kimi Gədəbəy rayonu ərazisinin ortasına salınmış və bu gün inzibati cəhətdən həmin rayona aid olan, Ermənistanda isə Geqarkunik bvilayətinə aid edilən Başkəndin dəyişdirilməsi məsələsi qaldırılarsa, Ermənistanda da, Azərbaycan da referendum keçirilməlidir... 
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər