Xəbər verdiyimiz kimi, 8 Noyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində böyük zəfərin 5-ci ildönümü münasibətilə iş adamı Cəlil Nağıyev tərəfindən şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib. (//moderator.az/az/ekskluziv/925584/novxanida-zefer-gunu-munasibetile-bayram-sufresi-teskil-edilib/ ).
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bu kimi addımların hər şeydən öncə milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm önəm kəsb etdiyini bildirib:
“İş adamlarımız tərəfindən bu cür addımların atılması, şəhid ailələrinin, qazilərin bayram süfrələrində bir araya gətirilməsi, qəhrəmanlıq tariximizin, uğur və qələbələrimizin birlikdə qeyd edilməsi milli-mənəvi dəyərlərimizin təbliği, həmrəylyimizin qorunub saxlanılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Bu cür tədbirlər cəmiyyətimiz üçün də ciddi bir mesajdır. Çünki bu tədbirlərdə içtirak edən, buna şahidlik edən hər kəs bir daha birliyimizin, həmrəyliyimizin nə qədər önəmli olduğunu, şəhidlərimizə, qazilərimizə hər zaman sonsuz ehtiram göstərilməsinin nə qədər vacib olduğunu dərk edir.

8 Noyabr zəfəri ilə bağlı bayram süfrələrinin təşkili şəhidlərimizin xatirəsinin yad edilməsi, şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərilməsi,onların fədakarlığının təbliğ edilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Bu cür tədbirlər həssas kateqoriyadan olan insanlarımız üçün ciddi mənəvi sitimuldur və cəmiyyət tərəfindən də böyük təqdirlə qarşılanır.
Unutmayaq ki, həmrəyliyimiz və milli-mənəvi dəyərlərimizə bağlılığımız zəfərimizin qarantıdır və biz bu dəyərləri qoruyub saxlamaq, bunu gələcək nəsillərə ötürmək üçün səylərimizi bundan sonra da davam etdirməliyik. Bu mənada, Novxanı məscidində keçirilən tədbiri yüksək qiymətləndirir, tədbirin təşkilatçılaırna öz təşəkkürümü bildirirəm”.
Seymur ƏLİYEV