Tramp Ağ Evdə rəsmi tədbir zamanı yuxuya getdi...-FOTO+VİDEO
Ekskluziv
334
07:21, Bu gün

Tramp Ağ Evdə rəsmi tədbir zamanı yuxuya getdi...-FOTO+VİDEO

Ağ Evin Oval Ofisində keçirilən rəsmi tədbir zamanı ABŞ prezidenti Donald Tramp qısa müddətə mürgüləyib. Kaliforniya qubernatoru Gevin Nyusom artıq zarafatla ona bir sıra oxşar hadisələrə görə "Başını yelləyən(yəni laqeyd) ata" ləqəbini verib.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, "Independent" qəzetinin məlumatına görə, hadisə "Medicare" və "Medicaid"proqramları üzrə dərman alanlar üçün qiymətlərin endirilməsi elan edilərkən baş verib. Görüntülərdə prezident stulda oturub, başını əyib və bir neçə saniyə gözlərini yumub ki, bu da orada olanların diqqətindən yayınmayıb. Doktor Mehmet Oz hadisə ilə bağlı yumoristik şərhlər verərək qeyd edib ki, amerikalılar artıq hökumətin işini davam etdirdiyi üçün rahatca yatmağa gedə bilərlər.
Nyusom sosial mediada Trampın altı şəklini "Xaç atası" filminin məşhur afişasını xatırladan "Başını yelləyən(yəni laqeyd-S.L.) ata" başlığı ilə paylaşıb. O, əvvəllər prezidentə zarafatla "Yuxulu Don" deyə müraciət etmişdi ki, bu da Trampın Co Baydenə verdiyi "Yuxulu Co" ləqəbinə işarə edirdi.
 
Ağ Ev Trampın yuxuya getmədiyinə, tədbirdə fəal iştirak etdiyinə, müxbirlərin suallarını cavablandırdığına və diabet, ürək xəstəliyi və digər xəstəlikləri olan xəstələrə kömək edən iki dərmanın qiymətini azaltmaq üçün yeni qaydaların vacibliyini izah etdiyinə əminlik verib.
 
Və yenə də, nəşrin qeyd etdiyi kimi, bu yeganə hadisə deyil. Oxşar anlar iyul ayında enerji tədbiri zamanı, sentyabr ayında ABŞ Açıq tennis turnirində və Trampın cinayət məhkəmələri zamanı müşahidə olunub.
 
Administrasiya rəsmiləri dəfələrlə prezidentin yuxu qrafikini proqnozlaşdırmaqda çətinlik çəkdiyini qeyd ediblər. Florida Baş prokuroru Pam Bondi etiraf edib ki, onun komandasında heç kim Trampın nə vaxt istirahət etdiyini bilmir. Səhiyyə naziri kiçik Robert Kennedi isə dərman qiymətlərinin aşağı salınması ilə bağlı danışıqların bir hissəsi olaraq prezidentin gecə zənglərindən danışıb...

 

S.Laçın
Link kopyalandı!
Son xəbərlər