Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Milli Assambleyasının hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Hasmik Akopyan Putinin milyarder “desant”ı - biznesmen Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın müsahibəsindən çıxarışlardan birinə istinadla “Facebook” səhifəsində maraqlı şərhlər yazıb.
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” məlumat yayıb.
“Deyirlər ki, Azərbaycan heç bir məcburi köçkünlük həyata keçirməyib, erməniləri Qarabağdan Ermənistana köçürtdürən elə Ermənistan tərəfi olub”, -deyə yazan Akopyan N.Karapetyana xitabən əlavə edir:
“Azərbaycana səndən yaxşı haqq qazandıranlar Ermənistana göndərilə bilməzdi…”