Ekskluziv
233
08:27, Bu gün

"Həqiqi cazibə nədir? - İnsanları özünə çəkən 5 gözlənilməz xüsusiyyət" - Araşdırma

 
"İnsanların cəlbediciliyi təkcə xarici görünüşlə ölçülmür, əsl cazibə içdən gəlir..."
 
Cazibənin mənbəyi xarici görünüş yox, daxili ahəngdir
 
Çoxları düşünür ki, cəlbedici görünmək üçün mükəmməl saç düzümü, brend geyim və qüsursuz dəri lazımdır. Amma GQ ("Gentlemen's Quarterly") nəşrinin təqdim etdiyi araşdırmalar göstərir ki, insanın həqiqi cazibəsi zahiri görünüşdə deyil. Xarici görünüş ilk intibahı yaradır, lakin insanı yadda qalan və sevilən edən davranış, daxili balans və xarakterdir.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, gözəllik nisbi anlayışdır - hər kəsin gözündə başqa cür görünür. Ona görə də məşhur "ideal standartlar" yalnız reklam dünyasının yaratdığı ilğımdır. Əslində cazibədar görünmək üçün mükəmməl olmağa ehtiyac yoxdur. Yetərlidir ki, səndə aşağıda qeyd edilən beş keyfiyyət olsun.
 
Cəlbedici edən beş xüsusiyyət
 
1. Xeyirxahlıq və insanilik
 
Səmimiyyət, həssaslıq, etibarlılıq və yaxınlıq hissi  insanı avtomatik olaraq cazibədar edir.
 
Psixoloqlar deyir: Biz intuitiv olaraq özümüzə etibar və istilik bəxş edən insanlara bağlanırıq. Kobudluq və laqeydlik isə ən bahalı görünüşü belə bir anda silir.
 
2. Zəka və yumor hissi
 
Məlumatlı, erudit olmaq, lakin bunu nümayiş üçün etməmək. Araşdırmalara görə, yumor hissi qanunauyğun şəkildə cazibəni artırır - insanı yüngül, özündən əmin və enerjili göstərir. Kitab oxumaq, sənət və elmlə maraqlanmaq - bunu başqalarına "ağıllı görünmək üçün" yox, dünyanı daha yaxşı anlamaq üçün et.
 
3. Qarşındakına həqiqi maraq göstərmək
 
Diqqətlə dinləmək, sual vermək və empatiya qurmaq insanı dərhal sevilən edir. İnsan özünü dəyərli hiss etmək istəyir - telefonuna yox, onun sözlərinə fokuslan.
 
4. Xoş və yüngül ətir
 
Qoxu emosiyaya ən sürətli təsir edən duyğudur. Ətir seçərkən məqsəd "hiss etdirmək" yox, "boğmaq" olmalıdır. Minimalizm burada daha güclüdür.
 
5. Sakitlik və daxili harmoniya
 
Stres insanın gözündən, səsindən, hətta duruşundan hiss olunur.
 
Daxili sakitlik isə əminlik və güc təsiri yaradır. Meditasiya, qısa fasilələr və dərin nəfəs kimi praktikalar həm görünüşü, həm də enerjini dəyişir.
 
İnsanı gözəlləşdirən onun enerjisidir
 
Cazibə kosmetik prosedurların və ya qarderobun nəticəsi deyil. Bu, daxildən xaricə yayılan bir haldır: yumşaq ürək, ağıllı söz, səmimi diqqət, yüngül ətir, sakit enerji. İnsanlar zahirini görür, amma şəxsiyyətinə vurulur. Əgər istəyirsənsə ki, səni yadda saxlasınlar, öz enerjini parlıldat.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər