AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu: “Arzum gəmi kapitanı olmaqdır”-FOTO+ÖZƏL
Ekskluziv
478
08 Nov 2025 | 23:01

AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu: “Arzum gəmi kapitanı olmaqdır”-FOTO+ÖZƏL

Aztv-nin “Telesəhər” verilişinin aparıcısı Şaiq Ağayev sənətini dəyişib.

Moderator.az-a özəl açıqlama verən aparıcı bildirib ki, işindən ayrılıb və gəmidə matros kimi işə başlayıb:


“Televiziya mənim həyatımın böyük hissəsi idi. Amma illər keçdikcə içimdəki uşaq arzum-dənizdə olmaq sönmədi. Hər dəfə limana, gəmiyə baxanda elə bilirdim ki, orada mənim yerim var. Ona görə qərar verdim ki, bir səhifəni bağlayım və mənim üçün yeni bir həyat başlasın. Əlbəttə, asan deyildi. Amma mən dəyişiklikdən qorxmuram. İnsanın özünü yenidən kəşf etməsi üçün bəzən hər şeyi sıfırdan başlaması lazımdır. Mənim üçün bu həm fiziki, həm də mənəvi sınaqdır. İş çox məsuliyyətlidir, amma hər səhər dənizə baxanda anlayıram ki, düz yoldayam. Televiziya səs-küylü, dinamik və daim göz önündə olan sahədir. Dəniz həyatı isə tam tərsidir-səssizlik, məsuliyyət və dərin düşüncə. Dəniz insana təvazökarlıq və səbir öyrədir. Burada hər gün özünlə və təbiətlə baş-başa qalırsan” deyə aparıcı bildirib.


Şaiq Ağayev nə vaxtsa televiziyaya qayıtmasını istisna etməyib:


“Bir gün mütləq televiziyaya qayıdacam, amma əvvəlki kimi deyil-fərqli bir layihə ilə. Dəniz mənə çox şey öyrədir və inanıram ki, bu təcrübə gələcəkdə yaratmaq istədiyim proqramlara da təsir edəcək. Hələliksə, səyahət etmək, yeni limanlar görmək və həyatın dəniz tərəfini yaşamaq istəyirəm.  Heç vaxt gec deyil. Həyat bir dəfə verilir və insan sevdiyi işi görməlidir. Mənim üçün bu, indi dənizdədir. Bir də bürcüm oxatandır, yəni fikrim tez-tez dəyişir. Beynimə bir ideya gəldisə məni heç kim və heçnə yolumdan döndərə bilməz.

Televiziyaya qayıtmağımla bağlı hələ ki, dəqiq tarix yoxdur. Hələ dənizdə xoşbəxtəm. Hətta gəmi kapitanı olmaq arzum da var. Dəniz həyatı həm maraqlı, həm də çətindir. Gəmiyə çıxanda hər şey planlı, nizamlı və məsuliyyətlidir. İnsanı intizama, gücə və səbrə alışdırır. Ən çətin tərəfi ailədən uzaq qalmaqdır. Amma mən bu işi sevirəm və bilirəm ki, ailəm də mənim bu arzuma hörmətlə yanaşır. Bu məsafə həm də mənə ailənin dəyərini daha çox hiss etdirdi” deyə Şaiq Ağayev bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər